Azərbaycan millisinin sabiq qapıçısı, son zamanlar milliyə dəvət almayan Andrey Popoviç Qol.Az-a verdiyi müsahibəsində bir çox qaranlıq məqamlara aydınlıq gətirib.
- Başlayaq, millimizin İsraillə son qarşılaşmasından...
- Uşaqlar çox yaxşı oynadılar. Qalib gəlmək olardı, amma bəxtimiz gətirmədi.
- Sənin milliyə çağrılmamağın birmənalı qarşılanmadı. Aqil Məmmədov iki ay idi hərbi xidmətdə idi və əlinə top dəymirdi. Sən ancaq “Turan”ın heyətində az da olsa oyun praktikasına maliksən, 3-4 tur oynamısan. Niyə Foqts səni yox, Aqili çağırdı?
- Deməli o, məndən güclüdür.
- Bu sənin öz fikrindi, yoxsa düşünürsən ki, Foqts belə düşünür?
- Bilirsiniz, sadəcə, bir çox insana “çox sağ ol” demək istəyirəm ki, mən artıq millidə deyiləm.
- Gəl, bir anlıq ötən mövsümün startına qayıdaq. Xüsusilə 0:0 başa çatan “Sumqayıt”-“Qarabağ” matçı sənin benefisin oldu. Hər şey Popoviç üçün əla gedirdi, hətta Foqts da səni əsas millidə bir nömrə kimi oynatmağa başlamışdı. Sonra nə baş verdi? Niyə Popoviç indi millidə, iddialı klubda yox, “Turan”dadı? Günahkar kimdir?
- Günahkar mənəm. Çünki sadəlövh oldum, çox insana inandım. Hansı ki, bir vaxtlar inanıb etibar etdiyim insanlar indi heç mənimlə maraqlanmırlar da.
- Deyilənə görə, rejimə əməl edən futbolçu deyilsən. Konkret olaraq, spirtli içki içirsən.
- Mənim belə bir vərdişim yoxdur.
- İsraillə oyunu izləmisən. Kamran Ağayevin o cür kobud səhv etməsi sənin üçün gözlənilməz olmadı?
- Kamran çox yaxşı qapıçıdır. Hər bir insan səhv edə bilər. Həmin səhvdənsə yaxşısı budur xatırlayaq görək, Kamran neçə oyunda komandanı real qoldan xilas edib.
- Portuqaliya ilə oyundan nə gözləyirsən?
- Komandamıza ancaq uğurlar arzulaya bilərəm. Düşünürəm ki, milli Portuqaliyada layiqli oyun ortaya qoya bilər.
- Növbəti iki sualım hardasa şəxsi də sayıla bilər.
- Mən cavab verməyə hazıram.
- Bir çoxları belə düşünür ki, legionerlər millidə bizə lazım deyil. Konkret sənin haqda da deyilib ki, Popoviç azərbaycanlı deyil ukraynalıdır, onun üçün Azərbaycan millisi, onun uğurları yox, ilk növbədə pul və öz karyerası önəmlidir. Haqqında deyilənlərə necə şərh verərdin?
- Birincisi, Azərbaycan mənə çox şey verib və mən bu ölkədə futbol oynamağı çox istəyirəm. Meydançada olduğum vaxt bütü gücümü komandam üçün qoyuram. İkincisi, əgər mənə Ukrayna millisindən təklif gəlsə belə, həmin təklifdən imtina edəcəyəm.
- Yaxşı, bəs, dil, himn məsələsinə münasibətin necədir? Məsələn, sənin millidə oynayan həmyerlilərin Vladimir Levinlə Aleksandr Çertoqanov 8 ildir Azərbaycanda yaşasalar da, nə dilimizi öyrənirlər, nə də himnizimi oxuyurlar. Heç bunda maraqlı da deyillər. Səhv etmirəmsə, sən özün də dilimizi, himnimizi bilmirsən. Düşünmürsən ki, bu, Azərbaycana qarşı hörmətsizlikdi?
- Xeyr. Əgər biz himni oxumuruqsa, bu, o demək deyil ki, ölkəyə hörmət etmirik.
Anar XANLAROV
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"