AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov Qol.Az-a müsahibəsində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də keçirdiyimiz İsrail və sabah keçirəcəyimiz Portuqaliya qarşılaşmaları haqda danışıb.
- DÇ-2014-ün seçmə mərhələnin ilk oyununda millimiz İsrail yığmasına qarşı necə təsir bağışladı?
- Biz qarşılaşmada tamamilə iki fərqli hissənin şahidi olduq. İkinci hissədə komandamız xüsusiylə inamlı təsir bağışladı. Demək olar, sona qədər mübarizə apardıq. Düşünürəm ki, komandamız seçmə mərhələdə bu cür rəqiblərə qarşı mübarizəyə hazırdı.
- Yığmamızın ikinci hissədəki üstün oyununu edilən dəyişikliklərlə əlaqələndirmək olar?
- Mən bunu ilk öncə, taktiki gedişlərlə əlaqələndirərdim. Berti Foqts ilk hissədə 4-3-3 taktiki sxeminə üstünlük vermişdi. Bildiyimə görə, indiyə qədər komandamız alman mütəxəssisin rəhbərliyi altında belə bir taktika ilə çıxış etməmişdi. Bu səbəbdən ilk hissədə oyunumuz alınmadı. Təsadüfi deyil ki, rəqib qapısına yalnız 33-cü dəqiqədə yaxınlaşa bildik. Lakin ikinci hissədə komanda 4-4-2 sxeminə keçdi və bununla da öz oyununu tapdı. Həmçinin, düzgün əvəzlənmələr də nəticəyə öz təsirini göstərdi. Əfran İsmayılovun və eləcə də daha aqressiv oyun üslubuna malik Rahid Əmirquliyevin meydana daxil olması millimizin oyununu daha da gücləndirdi. Futbolçularımız İsrail yığmasına qarşı nə etmək olduqlarını yaxşı bilirdilər. Hesab edirəm ki, həmin qarşılaşmada millimiz qələbə qazana bilərdi. Çünki futbolçularımızın qələbə istəyi rəqibdən qat-qat çox idi.
- Sabah səfərdə güclü Portuqaliya ilə qarşılaşırıq. Bu oyun haqda nə düşünürsünüz?
- Hesab edirəm ki, tamamilə fərqli oyun olacaq. İlk növbədə nəzərə almaq lazımdır ki, millimiz səfər sindromunu qıra bilmir. Lakin millimizin Portuqaliyayla səfər matçına yaxşı əhval ruhiyyədə yollandığını da nəzərə almaq lazımdır. Çox güman ki, millimiz rəqibin Luksemburqla oyununu izləyərək, yaxşı analiz edib. Özünüz də gördünüz ki, Lüksemburq millisi Portuqaliya ilə necə başa-baş mübarizə apardı. Bu isə ondan xəbər verir ki, istənilən rəqibə qarşı mübarizə aparmaq olar. Əsas məsələ odur ki, bu gün millimizdə özünəinam var.
- Necə düşünürsünüz, müdafiə və yarımüdafiə xəttimiz rəqibin dünya şöhrətli ulduzları Ronaldo və Nani kimi futbolçularının qarşısını ala biləcək?
- Bilirsiniz, Portuqaliya qrupun fovariti hesab olunsa da, son zamanlar göstərdikləri oyun və nəticə onların hazırda elə də yaxşı formada olmadıqlarından xəbər verir. Ümumiyyətlə, tarix yazmaq üçün gərək böyük şəxsiyyət olasan. Əsas odur ki, futbolçularımız heç kimdən və heç nədən çəkinməyərək, layiqli mübarizə aparsınlar. Yalnız bu zaman özlərini Avropada sübut edə bilərlər.
- Sizcə, Portuqaliya ilə görüşdə Berti Foqts daha çox müdafiə haqqında düşünəcək, yoxsa, İsraillə oyunda olduğu kimi, uğuru hücumda axtaracaq?
- Hesab edirəm ki, müdafiə məhz hücumçulardan başlamalıdır. Yaxşı bilirik ki, rəqib komanda daha çox cinahlarda güclü təsir bağışlayır. Buna görə də sabah biz ən azından üç hücumçuyla oynamalıyıq. Bu missiyanın öhdəsindən gələcək cinah futbolçularımız da var. Düzdür, inanmıram ki, baş məşqçi bu taktikaya üstünlük versin. Amma ən azından mərkəz hücumçunun arxasında hücumameyilli futbolçunun yer alması daha məsləhətli olardı. Vacib olan odur ki, sırf müdafiə futbolu oynamayaq. Belə olan halda oyunumuzun keyfiyyəti itəcək və rəqib çox asanlıqla müdafiəmizi qıracaq. Meydançanın mərkəzində mütləq pressinq etməliyik. Bu müdafiəni yara biləcək oyunçularının olması da heç kəsə sirr deyil. Ən vacibi müdafiədə oturmamalı, meydançanın mərkəzindən rəqibə qarşı güclü pressinq etməliyik. Belə olsa, Portuqaliya millimizi qapımıza doğru sıxa bilməyəcək.
- Son olaraq, sabah yığmamızdan hansı nəticəni gözləyirsiniz?
- Türkiyə və Belçika kimi güclü komandalarla oyunları yada salsaq, görərik ki, istəsək oynaya bilərik. Əgər lider olan futbolçularımız məsulliyyəti üzərinə götürərək, işinin öhdəsindən gələ bilsə, məğlub olmarıq.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı