Bu yaxınlarda Almaniyada seminarda olan, eyni zamanda “Borussiya” (Dortmund), “Şalke” və “Köln” kimi klubların düşərgəsinə baş çəkən “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov səfər təəssüratları ilə bağlı Qol.Az-a müsahibə verib.
- Almaniya səfəriniz necə keçdi?
- Səfər AFFA tərəfindən təşkil olunmuşdu. Hər şey yüksək səviyyədə oldu. Bizdən başqa, Avstriya, İrlandiya, ABŞ, Çin və digər ölkələrin nümayəndələri də Almaniyaya gəlmişdi. Təxminən 10 günə yaxın sürən bir səfər oldu. Həm praktiki, həm də nəzəri məşğələlər keçdik.
- Hansı klubların düşərgəsində oldunuz?
- Üç klubun bazasında olduq: “Şalke”, “Borussiya” (Dortmund) və “Köln”. “Borussiya”nın məşqini izlədik, baş məşqçi Yurgen Klopla görüşdük. “Şalke” və “Köln”ün məşqini izləyə bilməsək də oyunlarına baxdıq.
- Maraqlıdır, Almaniya ilə Azərbaycan futbolunun infrastruktur baxımından hansı fərqləri var?
- Orada infrastruktura çox böyük diqqət verirlər. Məsələn, “Borussiya”nın əsas stadiondan əlavə 6-7 standartlara uyğun meydançası var idi hansı ki, aşağı yaş qrupundan ibarət komandalar da orada məşq edir. Hamısı da təbii örtüklü. Ətrafa hara baxırsan ancaq meydança, infrastruktur görürsən. Gözünə bir dənə də olsun hündürmərtəbəli bina dəymir.
- Şəxsən Klopun özü ilə görüşə bildiniz?
- Xeyr, orda fərdi görüş olmadı. Çünki Kloop məşqin əvvəllində imkan tapıb bizə yaxınlaşdı və qısa fikir mübadiləsi apardıq. Çünki onun vaxtı yox idi hər məşqçiyə ayrıca zaman ayıra.
- Klopa daha çox hansı sualla müraciət etdiniz?
- Ona sual verdik ki, niyə ulduz futbolçularla işləmir? O da cavab verdi ki, daha çox kollektiv oyuna üstünlük verir. O, xoşlayır ki, ortabab, gənc futbolçulardan möhkəm kollektiv formalaşdırsın. Ulduzlarla işləmək xarakterinə görə deyil. Məsələn, Klop bizə dedi ki, Balotelli kimi futbolçu mənim komandamda oynaya bilməz. Bundan başqa, soruşduq ki, məşqi əsasən hansı plan üzərində qurur? O da cavab verdi ki, son oyunda xal itirdiklərindən növbəti oyunun hazırlığında buraxılan səhvlər üzərində daha çox işləyəcək.
- Ən çox diqqətinizi çəkən nə oldu?
- Azarkeşləri qeyd edərdim. Məsələn biz “Borussiya”nın düşərgəsində olanda onların məşqçini 3000 azarkeş iləyirdi. Bunun özü mənə çox maraqlı gəldi.
- Bəs futbolçuların məşqə yanaşması necə?
- Bilirsiniz, onlar hamısı peşəkar futbolçulardı. Məşqçinin artıq nəysə deməyinə ehtiyac yoxdur. Nəinki futbolçular, orada adi texniki işçi də öz işini bilir və hərə öz işi ilə məşğul olur.
Anar XANLAROV
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe