Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Qol.Az saytının Portuqaliyaya ezam olunmuş xüsusi müxbirinə müsahibə verib. Müsahibədə R.Sadıqov DÇ-2014-ün seçmə mərhələsində İsrailə qarşı keçirilən oyun, eləcə də Portuqaliya ilə sentyabrın 11-də baş tutacaq qarşılaşma haqda danışıb
- İlk əvvəl İsraillə oyuna toxunaq. Səncə, millimiz dünənki görüşdə bir xal qazandı, yoxsa iki xal itirdi?
- Mən hələ görüşdən əvvəl keçirilən mətbuat konfransında da demişdim ki, əgər hesabda geridə olduğumuz halda hesabı bərabərləşdirib bir xal əldə etsək, bu, uğurlu nəticə olacaq. Dünən belə də oldu. Bu mənada, nəticə bizim üçün qənaətbəxşdir. 1:1-dən sonra komandamız geri çəkilmədi. Yaxşı hücumlar qurduq. Hətta qələbə də qazana bilərdik.
- Bəs buna nə mane oldu? Bəxt amilimi?
- Qismət belədir. Ümümiyyətlə, bəxtdən giləylənmirəm. İsrail yaxşı müdafiə olunurdu, əks hücumlara təhlükəli çıxan komandadır.
- Dünənki görüşdə rəqiblə mübarizədə başın partlamışdı. Hazırda durumun necədir?
- Yaxşıdır. Oyundan sonra həkimlər başıma tikiş qoydular. Bu gün səhər məşqə çıxmışam.
- Portuqaliya ilə matçda iştirak edəcəksən?
- Bəli.
-İsraillə görüşdə Rauf Əliyev əvəzlənərkən ehtiyat skamyanı sındırdı. Bununla bağlı nə deyə bilərsən?
- Hadisəyə münasibətim yaxşı deyil. Bu haqda özünə də demişəm. Mənə bildirdi ki, Foqtsun əvəzetməsinə yox, özünə hirslənibmiş. Çünki qol vurmaq istəyirdi. Birinci hissədə bir qədər yaxşı oynadı, ikinci hissədə oyunu alınmadı.
- Görünür, son vaxtlar Raufun «Qarabağ»da əsas heyətə düşməməsi, «Xəzər Lənkəran»a transferinin alınmaması onun əsəblərinə təsir edib.
- Rauf son olaylardan boğaza yığılıb. Özünə də dedim ki, soyuqqanlı olmalıdır. Ola bilər, oyunu alınmır, qol vura bilmir. Əslində məhz belə vəziyyətlərdə səbirli olmaq lazımdır.
- Hazırda Portuqaliyadasınız. Komandada əhval-ruhiyyə necədir?
- Çox yaxşıdır. Dünənki oyundan sonra həm oyun, həm də nəticə hamını razı saldı. Başa düşürük ki, növbəti oyunda itiriləcək heç nə yoxdur. Rahat oynamalıyıq, çəkinməməli, qorxmamalıyıq.
- Azərbaycan millisi demək olar ki, bütün seçmə mərhələlərdə qrupun favoritlərindən xal alıb. Fikrincə, bu mərhələdə həmin komanda Portuqaliya ola bilərmi?
- Mən çox istərdim ki, bu dəfə qrupun bir yox, iki favoritiylə görüşdə - təkcə Portuqaliya yox, Rusiya ilə matçda da xal alaq. Çalışmalıyıq ki, ev oyunlarından maksimum xalla ayrılaq. İlk oyunda xal götürmək bizim üçün yaxşı oldu.
- Portuqaliya ilə matçda bir müdafiəçi kimi sənin üzərinə çətin iş düşəcək. Hər halda, dünyanın ən güclü hücumçularından olan Ronaldoya qarşı oynayacaqsan. Xüsusi bir hazırlıq görmüsənmi?
- Yox. Sadəcə, Ronaldoya boşluq vermək olmaz. Boşluq yaranan kimi, o, qarşısındakı futbolçunu aldadır. Ən azı bir nəfəri geçəndə ikinci futbolçu komanda yoldaşını sığortalamalıdır. Özü də Portuqaliyada təkcə Ronaldo deyil, Poştiqa, Nani kimi oyunçular da var. Yəni heyətləri çox zəngindir. Sadəcə olaraq, bütün komandamıza səslənirəm ki, biz hər gün Portuqaliya kimi komandalara qarşı oynamırıq. Portuqaliya kimi komandaya, Ronaldo kimi futbolçuya qarşı oynamaqdan həzz almaq lazımdır. Əgər bu görüşdən heç-heçəylə qayıda bilsək, böyük nəticə ola biləcək.
- Son olaraq, bu gün dünya futbolunda hələ də davam edən «Messi, yoxsa Ronaldo» dartışmasına sənin də münasibətini bilmək istərdik.
- Mən Messinin azarkeşiyəm. Onun oynadığı futbolun, futbola hörmətinin, münasibətinin azarkeşiyəm. Təvazökardır. Messi heç kimlə müqayisə olunacaq futbolçu deyil. Xüsusilə onun sadəliyini, komanda yoldaşlarına münasibətini qeyd edə bilərəm.
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe