Azərbaycan milli komandasının futbolçusu Rauf Əliyev dünən DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə 1:1 başa çatan matçla bağlı Qol.Az-a müsahibə verib.
- Öncə başlayaq oyundan...
- Dünənki qarşılaşma bəlkə də, millimizin ən yaxşı oyunlarından biri oldu. Komandada özünəinam çox böyük idi. Buraxdığımız qoldan sonra komanda sınmadı. Əksinə, hücumların sayını artıraraq, bərabərlik qolunu vurduq. Bərabərlik qolunu vurduqdan sonra hətta, bir neçə real qol imkanlarımız da oldu. Fikrimcə, komandamız bu oyunda qələbə qazanmalıydı.
- İlk hissədə millimiz meydançada sanki yeriyirdi, hücum etməkdən çəkinirdi. Bu cür tempdə oynamaq baş məşqçinin tapşırığı idi?
- İlk yarıda komanda ehtiyatla oynamağa çalışırdı. Ara-sıra əks hücumlar qururduq. Çalışırdıq ki, ikinci hissə üçün də gücümüzü saxlayaq. Bu, həm də baş məşqçinin tapşırığı idi. Bundan başqa, rəqib də çox yaxşı müdafiyə olunurdu. Lakin qol buraxdıqdan sonra daha çox hücum etməyə başladıq.
- İkinci hissənin əvvəllərində qapımızda qol gördük. Bu sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Həqiqətən ikinci hissədə tez qol buraxmağımız gözlənilməz oldu. Lakin əvvəlki illərdən fərqli olaraq millimiz daha belə şeylərin təsiri altına düşmür. Əksinə, özümüzü toparlayaraq qolun əvəzini çıxdıq. Bunun özü də komandada özünəinamın güclü olduğunu göstərir. Sadəcə, müdafiədən hücuma qoşularkən bir az ləngimələr olurdu. İnanıram ki, növbəti oyunlarda bunun da öhdəsindən gələcəyik. Bu qarşılaşmada qol vurmağı çox istəyirdim. Çox canfəşanlıq etsəm də təəssüf ki, qol vura bilmədim.
- İkinci hissədə əvəzlənməyinə çox sərt şəkildə etiraz etdin, hətta, ehtiyat oyunçular skamyasının reklam tavanını da sındırdın. Bu hərəkətinə necə izah verərdin?
- Futbolda belə hallara tez-tez rast gəlinir. Çünki meydançada qalıb oyunu davam etdirmək, komandaya daha çox kömək etmək istəyirdim. Narazılığım sırf bununla bağlı idi. Baş məşqçi Berti Foqts məni başa düşərək etdiyim hərəkəti bağışladı.
- Əvəzlənərkən sənin Berti Foqtsun ünvanına söyüş söydüyün deyilirdi. Bu barədə nə deyə bilərsən?
- Mən baş məşqçinin ünvanına heç vaxt söyüş söymərəm. Sadəcə, həmin anda çox hirsli idim. Mətbuatda Foqtsa söyüş söydüyümü yazırlar. Lakin bunlar doğru deyil. Həmin epizodda özümə də çox hirslənmişdim. Bu yaşıma gəlmişəm lakin, hələ heç kimə ağır söyüş söyməmişəm. O qədər ağılsız deyiləm ki, minlərlə tamaşaçı və televiziya qarşısında baş məşqçini söyüm.
- Bəs, ehtiyat oyunçular skamiyanın şüşəsini qırmağına necə izah verərdin?
- Bəli, bunu etiraf edirəm. Lakin mən şüşəni millimizin bərabərlik qolundan sonra qırmışam. Şüşəni qolu vurduğumuzdan sonra sevincimdən sındırdım. Ancaq bilərəkdən sındırmadım.
- Baş verənlərdən sonra Foqts səninlə şəxsən söhbət etdimi?
- Əlbəttə ki, bu hərəkətimə haqq qazandırmıram. Bir qədər sakit olsaydım, daha yaxşı olardı. Sadəcə, emosiyalarımı cilovlaya bilmədim. Artıq hər şey geridə qaldı. Berti Foqtsla aramızda heç bir problemimiz yoxdur.
- Portuqaliya ilə səfər matçında hansı nəticəyə ümid edirsən?
- Hazırda əhval-ruhiyyəmiz əladır. Komandada özünəinam var. Portuqaliyanın dünən Lüksemburqla oyunda (2:1) qələbə qazanmasından da xəbərimiz var. Əlimizdən gələni etməliyik ki, vətənə üzüağ dönək. Baxmayaraq ki, rəqib çox güclüdür.
Əli HƏYATİ
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video
Eyni epizod, fərqli qərar: Bəhlula əfv, Elvinə cəza! - Video
"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"
"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər