FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi kuboku iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FİFA tərəfindən FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, rəsmi kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında sərgilənəndən sonra avqustun 6-da Kubok Sponsor Turuna başlayıb.
Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə, Bakı şəhərinə qayıdıb. Qeyd olunmuş şəhərlərdə möhtəşəm konsert proqramı təqdim olunub və biletlərin satışı təşkil edilib.
Avqust ayının 28-dən etibarən, Rəsmi Kubok Sponsor Turuna davam edir. FİFA U-17 qadınlararası dünya çempionatının Rəsmi Kuboku bu gün DÇ-nin milli dəstəkçilərindən biri olan Bakcell-ə təqdim edilib. Bakcell-in ofisində keçirilən rəsmi təqdimat mərasimində Bakcell-in və Dünya Çempionatının Yerli Təşkilat Komitəsinin marketinq üzrə mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, Bakcell şirkəti qarşıdan gələn çempionata yerli səviyyədə mühüm dəstək göstərir və FİFA-ya və Yerli Təşkilat Komitəsinə bu tədbirin təbliği və təşkilində kömək edir. Bakcell ölkəmizdə idmanın inkişafını və əhali arasında sağlam həyat tərzinin təşviq edən təşəbbüsləri hər zaman dəstəkləyir, Azərbaycanda uşaq və gənclər futbolunun inkişafına davamlı yardım edir.
Rəsmi Kubok bir həftə ərzində Bakcell-in müxtəlif ofislərində mütəmadi olaraq sərgilənəcək. Arzu edən hər kəs Bakcell-in ofislərində sərgilənəcək Kubokla şəkil çəkdirə və burada yerləşdirilmiş məlumat lövhəsindən müvafiq məlumatları əldə edə bilər.
Xatırladaq ki, sentyabr ayının 15-də Rəsmi Kubok Bakı şəhərinin Milli Parkında Kubok Turunun bağlanış konsertində şəhər əhalisinə təqdim olunacaq.
Yuxarı
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi