Azərbaycan futbolunun veteranlarından sayılan, hazırda “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanov Qol.Az-a müsahibəsində milli, “Neftçi” və kiçik qardaşı haqqında danışıb.
- Millimiz 2 gündən sonra DÇ-2016-nın seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirəcək. Sizcə, İsraili məğlub edə bilərik?
- Mümkünsüz heç nə yoxdur. Yaxşı hazırlıq olandan sonra istənilən rəqibdən xal almaq olar. Düzdür, İsrail güclü komandadır, amma Almaniya, İspaniya deyil.
- İsraillə oyundan 4 gün sonra səfərdə Portuqaliyanın qonağı olacağıq. Necə düşünürsünüz, futbolçularımız 4 gün ərzində iki ağır oyunun öhdəsindən gələ biləcək?
- Siz, fiziki hazırlığı nəzərdə tutursunuz?
- Həm fiziki, həm də psixoloji.
- Bilirsiniz, artıq bizim millinin və onun futbolçularının kifayət qədər beynəlxalq təcrübəsi var, Almaniya, İspaniya, İngiltərə, Posrtuqaliya kimi dünya nəhənglərinə qarşı oynayıblar. Bu mənada psixoloji cəhətdən heç bir problem olmamalıdır. Fiziki hazırlıq isə, dediyim kimi, düzgün qurulan məşq sistemindən asılı olacaq.
- Bir vaxtlar şərəfini qoruduğunuz “Neftçi”nin Avropa Liqasınn qrup mərhələsinə vəsiqə qazanması sizin üçün gözlənilməz olmadı?
- Xeyr. Əksinə, mən bunu gözləyirdim. Hələ “Hapoel”lə Bakıdakı oyunda da biz rəqibi keçə bilərdik. Baxmayaraq ki, səfərdə 0:4 hesabıyla məğlub olmuşduq. “Neftçi” Bakıdakı oyunda oynadığı futbolla həmin məğlubiyyətin də əvəzini çıxa bilərdi. APOEL-lə Bakıdakı oyunda da çox yaxşı təsir bağışladı və mən inanırdım ki, Kiprdən uğurlu nəticəilə dönəcəklər.
- Komandanın qrupdakı şanslarını necə dəyərləndirərdiniz?
- Ən azı “Partizan”dan üstün olmalıyıq. Çünki bu cür komandalar adətən stabil heyət saxlaya bilmirlər. Çünki futbolçuları bir az tanınan kimi, Avropanın daha güclü, imkanlı klublarına satırlar.
- Sonda qardaşınız Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” haqqında da soruşmaq istərdik. Ötən mövsüm avrokuboklara gedə bilmədilər. Sizcə, növbəti mövsüm yenidən bunu bacara biləcəklərmi?
- Öncə onu deyim ki, nə “Qarabağ”ın nə də Qurbanın Avropada daimi yeri var. Şərt deyil ki, “Qarabağ” hər il Avropada oynamalıdır. Ola bilər, bu il oynaya bilərsən, gələn il yox. Baxmayaraq ki, ötən mövsüm gedə bilmədilər, amma düşünürəm ki, buna layiq idilər. İnanıram ki, növbəti mövsüm avrokuboklara vəsiqə qazanacaqlar.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı