Messi: "Mənə Ronalda haqda sual verməyin"

Messi: "Mənə Ronalda haqda sual verməyin"
GÜNDƏM 5 Sentyabr 2012 / 03:11 4307
-  A +

"Barselona" klubunun hücumçusu Lionel Messi yenidən diqqət mərkəzinə düşüb.

Qol.Az-ın məlumatına görə, argentinalı futbolçuya növbəti dəfə meydandakı əzəli rəqibi olan Kriştiano Ronaldo ilə bağlı sual ünvanlanıb.

Argentina millisinin məşqindən sonra mətbuat konfransı keçirən Messiyə Ronaldonun "Real"da xoşbəxt olmamasının səbəbi soruşulub.

Messi isə bunun onunla heç bir bağlılığı olmadığnı bildirib: "Bu suallara cavab vermək məcburiyyətində deyiləm. Bunun mənimlə nə əlaqəsi var? Ronaldo ilə bağlı hər sualı mənə, mənimlə bağlı bütün sualları da ona ünvanlamağa məcbursunuzmu? Bu, Ronaldonun öz problemidir. Mən bu suala cavab verməli deyiləm. Mənə Ronalda haqda sual verməyin".

Daha çox


Son xəbərlər