Ronaldo: "Real"dakı promlemim pulla bağlı deyil"

Ronaldo: "Real"dakı promlemim pulla bağlı deyil"
GÜNDƏM 5 Sentyabr 2012 / 01:49 3996
-  A +

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "Twitter" sosial şəbəkəsində yazılan şərhlərə münasibət bildirən ulduz futbolçu komandası ilə yaranan problemin pulla bağlı olmadığını açıqlayıb:

"Ötən gün verdiyim açıqlamalar ciddi söz-söhbətə səbəb oldu. Məni komandamdan daha çox pul tələb etməkdə günahlandırdılar. Ancaq problemim pulla bağlı deyil. Hər kəs bilir ki, "Real"a gəldiyim gündən komandanın uğuru üçün əlimdən gələni etmişəm. Madrid azarkeşlərinə də sevgim sonsuzdur. Bir gün problemimin səbəbini hər kəs öyrənəcək".

Qeyd edək ki, Ronaldo bir neçə gün öncə "Real"da xoşbəxt olmadığını bildirmişdi.

Daha çox


Son xəbərlər