Azərbaycan millisinin və “İnter”in sabiq hücumçusu, 2009-cu ildə Çempionar Liqasının təsnifat mərhələsində Serbiyanın “Partizan” klubuna qarşı oynamış Xaqani Məmmədov Qol.Az-a müsahibə verib.
- Öncə “Neftçi”nin bəxtinə düşən püşkə münasibətini öyrənərdik...
- Avropa Liqasının qrupunda asan rəqiblər olmur. “Neftçi”nin qrupuna gəlincə, “İnter”ə qarşı oynamaq çox çətin olacaq. Ancaq “Rubin” və “Partizan”a qarşı oynamaq olar.
- Komandamızın qrupdan çıxmaq şansı var?
- Adlarını çəkdiyim son klubları üstələmək lazımdır. Düzdür, çətin olacaq, amma nəzərə alaq ki, əgər “Neftçi” qrupa düşübsə, deməli burada oynamağa layiqdi.
- Sən özün də “Partizan”a qarşı oynamısan. 2009-cu ildə Çempionlar Liqasının təsnifat mərhələsindəki oyunlarınızı necə xatırlayırsan?
- Həmin oyunlar çox çətin olmuşdu. “Partizan”, ümumiyyətlə, fiziki cəhətdən çox güclü komandadır. Buna baxmayaraq, onları keçə bilərdik. Evdə 1:1 oynamışdıq. Səfərdə isə hesab 0:0 olarkən Mahmud Qurbanov yüz faizlik imkanı qaçırdı. Ardında isə iki top buraxaraq, məğlub olduq.
- Rəqibin heyətində tanınmış futbolçular kimlər idi?
- Bilirsiniz, tanınmış futbolçuları var idi, amma onlar daha çox gənc futbolçuları yetişdirib Avropaya satırlar.
- Deməli, büdcələri elə də zəngin deyil...
- Mən deyərdim ki, “Partizan”ın büdcəsi “Neftçi”dən aşağıdı. Ancaq bazaları, stadionları, bir sözlə, infrastrukturları yüksək səviyyədədir.
- Bəs azarkeşləri?
- Azarkeşləri çox aqressivdi. O vaxt oynayanda bunun şahidi olmuşduq. Tribunalar dolu olur. Komandalarını da sona qədər dəlicəsinə dəstəkləyirlər. Mən deyərdim ki, “Partizan” evdəki qələbələrini azarkeşlərin hesabına qazanır.
Anar XANLAROV
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"