Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov “Nefçi”nin Avroliqadakı çıxışları ilə bağlı Qol.Az saytına müsahibə verib
- Sabiq komandan “Neftçi” Avroliqanın pley-of mərhələsində “Apoel”ə qalib gələrək, qrup mərhələsinə vəsiqə qazandı. “Neftçi”dən bu uğuru gözləyirdin?
- Mən əvvəlcədən demişdim ki, “Neftçi” qrup mərhələsinə düşəcək. Lakin Avroliqanı yox, Çempionlar Liqasını nəzərədə tutmuşdum. Çünki təmsilçimizin heyətində çox güclü və təcrübəli futbolçular oynayır. Sadəcə, bəzi səhvlər nəticəsində Çempionlar Liqasından qıraqda qaldılar. “Apoel”lə 1:1 hesabı ilə yekunlaşan ilk oyundan sonra səfərdə “Neftçi” üçün çətin olacağını düşünmüşdüm. Lakin təkrar qarşılaşmadan öncə Böyükağa Hacıyevin inamlı açıqlamaları, rəqib komandanın məşqçisinin özündən razılığı, məndə “Neftçi”nin mərhələni keçə biləcəyinə inam yaratdı.
- “Neftçi”nin bu uğuru haqda nə deyərdin?
- Çox sevindirici haldır. Belə bir qələbəyə çox ehtiyacımız vardı. Çoxdan idi, ən azı bir klubumuzun Avroliqanın qrup mərhələsinə düşməsini arzulayırdıq. Belə uğurlar olandan sonra azarkeşlərin də biz futbolçulara inamı artır. Artıq bundan sonra çalışmalıyıq ki, hər il ən azı iki klubumuz qrup mərhələsində iştirak etsin.
- “Neftçi”dən qrup mərhələsində nə gözləyirsən?
- Rəqiblərimiz olan “İnter”, “Rubin” və “Partizan” çox güclüdür, “Neftçi” üçün bu komandalarla oyunlar ağır keçəcək. Lakin hər şeyə rəğmən, məncə, “Neftçi” qrupda autsayder olmayacaq. Məncə, “Partizan”la ən azı başabaş oyun olacaq. Digər rəqiblərlə qarşılaşmada isə “Neftçi” əlini yanına salmayacaq. Çünki “Neftçi” çox rahatdır. Təmsilçimizin itirəcəyi heç nə yoxdur. Artıq qrupa düşməklə klubumuz nəticə əldə edib. Qarşıda hələ komandanı altı oyun gözləyir. 1-2 matç deyil ki, deyəsən, əldən buraxdıq getdi. Hər bir oyuna rahat şəkildə çıxaraq oynayacaq. Yaxşı heyətə, əla məşqçilər heyətinə malik olan “Neftçi”dən uğurlu nəticə gözləyirəm.
Fovarit hesab etdiyimiz komanda büdrəsə, bundan istifadə edərək qrupdan da çıxa bilərlər. İlk oyunu “Partizan”la başlamaları lap yaxşı oldu.
- Səncə, bu çətin turnirdə “Neftçi”yə əlavə futbolçuların transferi mütləq deyildimi?
- Əsas olan güclü futbolçuların alınması deyil, komanda oyunun qurulmasıdır. Bu gün “Neftçi” bunu edə bilib. Bəzi islahatlar apararaq, özünə güvənən bir komanda yaradıblar. Ona görə də, yeni futbolçunun transferi hətta artıq olardı. Çünki yetərincə güclü və səviyyəli futbolçular alıblar.
- Məşqçi Tərlan Əhmədov müsahibəsində bildirib ki, son 10 ilin ən yaxşı “Neftçi”si indiki komandadır. Sən bu fikirlə razısan?
- Hər dövrün öz heyəti, komandası var. Belə götürsək, son 5-6 ilin ən yaxşı “Neftçi”sidir. Ancaq bir vaxtlar Vidadi Rızayev, Mahmud Qurbanov, Zaur Tağızadə, Qurban Qurbanov olan zaman da “Neftçi” güclü idi. Həmin dövrdə Rusiyanın ÇSKA klubuyla başabaş oynayırdıq. O zamanlar mərhələ adlamaq çox çətin idi. İndiki komandaya son 10 ilin ən yaxşı “Neftçi”si demək düzgün olmazdı. Çünki bizim vaxtdakı komanda da güclü idi.
Əli HƏYATİ
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!