“Bakı”nın xorvatiyalı yarımmüdafiəçisi Aleksandr Şoliç Qol.Az-a müsahibəsində Premyer Liqadakı əsas rəqibləri olan “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.
- Şoliç, “Neftçi” artıq Avropa Liqasının qrup mərhələsindədir və rəqiblər də bilinir. Premyer Liqadakı əsas rəqibinizin şanslarını necə görürsən?
- Öncə, “Neftçi”ni bu uğur münasibətiylə təbrik edirəm. Onların Avropa Liqasının qrupuna düşməsinə çox şad oldum. Qrupa gəlincə, asan qrup deyil, amma oynamaq olar. “Neftçi” APOEL-lə oyunlarda bunu sübut etdi. Odur ki, heç kim “Neftçi”ni qrupun autsayderi saymasın. Müasir futbolda mümkünsüz heç nə yoxdur.
- Yəqin ki, qrupun bir nömrəli favoriti “İnter”di...
- Prinsipcə elədir. Ancaq “Rubin” də pis komanda deyil. Həmçinin “Partizan”ın gücünü də kiçiltmək olmaz.
- Yeri gəlmişkən Serbiya Xorvatiyaya qonşu olduğundan səndə “Partizan”la bağlı daha ətarflı məlumat olar. Belqrad klubunun heyəti, maddi durumu necədir?
- Mən deyərdim ki, “Partizan”ın durumu superdi. Onların son 5 ildə maddi cəhətdən, ümumiyyətlə, problemləri olmayıb.
- “Neftçi” qrupdakı ilk oyununu sentyabrın 20-də səfərdə məhz “Partizan”a qarşı keçirəcək. Şansları necə görürsən?
- Maraqlı oyun gözlənilir. Təbii, “Neftçi” üçün çətin olacaq. Ancaq uğurlu nəticə ilə dönmək mümkündür. Bu oyunda “Neftçi”yə uğurlar arzulayıram.
- “Neftçi”nin Avropa Liqasının qrupuna vəsiqə qazanması yəqin ki, daxili mübarizədəki rəqabəti də artıracaq. Bundan sonra “Bakı” da eyni uğuru təkrarlamaq üçün daha çox çalışmalıdır...
- Təbii ki. “Neftçi”nin bu uğuru bütün Azərbaycanın uğurudur. Bu nəticə Azərbaycan futbolunun reytinqini də artıracaq. Biz də çalışacağıq ki, bu mövsümü uğurlu keçirib avrokuboklara vəsiqə qazanaq və növbəti mövsüm orada daha uğurlu çıxış edək. Artıq “Neftçi” bu yolu açdı və onun davamını gətirmək lazımdır.
Anar XANLAROV
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!