Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşdi

Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşdi
GÜNDƏM 30 Avqust 2012 / 03:35 3566
-  A +

Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, ötən gün başa çatan play-off mərhələsinin oyunları ilə qrup mərhələsinə daha 10 komanda vəsiqə qazanıb.

Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək komandaların siyahısını təqdim edirik:


BATE (Belarus), "Seltik" (Şotlandiya), "Dinamo" (Kiyev, Ukrayna), "Anderlext" (Belçika), "ÇFR Kluj" (Rumıniya), "Lill" (Fransa), "Dinamo" (Zaqreb, Xorvatiya), "Braqa" (Portuqaliya), "Spartak" (Moskva, Rusiya), "Malaqa" (İspaniya).

"Çelsi" (İngiltərə), "Barselona" (İspaniya), "Mançester Yunayted" (İngiltərə), "Bavariya" (Almaniya), "Real" (Madrid, İspaniya), "Arsenal" (İngiltərə), "Porto" (Portuqaliya), "Milan" (İtaliya), "Valensiya" (İspaniya), "Benfika" (Portuqaliya), "Şaxtyor" (Donetsk, Ukrayna), "Zenit" (Rusiya), "Şalke" (Almaniya), "Mançester Siti" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Ayaks" (Hollandiya), "Yuventus" (İtaliya), PSJ (Fransa), "Qalatasaray" (Türkiyə), "Nordsyelland" (Danimarka), "Borussiya" (Dortmund, Almaniya), "Montpellier" (Fransa).

Daha çox


Son xəbərlər