Zaqatalanın “Simurq” klubunun prezidenti Anar Bəkirov Qol.Az-a müsahibə verib.
- Komandanızın Premyer Liqanın ilk dörd turunda ortaya qoyduğu oyun və nəticə sizi qane edir?
- Mövsümə hazırlığa Bakıda başladıq. Daha sonra Türkiyəyə yollandıq. Etiraf edim ki, ilk günlər orada istədiyimiz transferləri həyata keçirə bilmədik, seleksiyamız zəif oldu. Sonra mən özüm də Türkiyəyə geydim. Birlikdə bu işlərlə məşğul olmağa başladıq. Bunun da nəticəsini Avstriyada gördük. Toplanış həm əcnəbi, həm də yerli futbolçular üçün çox faydalı oldu. Çünki bizim elə yerli futbolçularımız var idi ki, ömründə ilk dəfə xaricdə təlim-məşq toplanışında olurdu. Cari mövsümə gəlincə, hələ ki üç oyun oynamışıq, güclü “Qəbələ” və “Bakı” ilə heç-heçə edib “Turan”ı da məğlub etmişik. Bəli, daha da yaxşı ola bilərdi, amma bunu da pis saymıram.
- Dördüncü turda “Xəzər Lənkəran”la nəzərdə tutulan oyununuz təxirə salındı və bundan çox narazı qaldınız...
- Narazı qaldıq deyəndə... Biz əgər oyuna bu gün hazırıqsa, üç aydan sonra da hazır olmalıyıq. Sadəcə, iş ondadır ki, komanda oyundan-oyuna artırır, get-gedə daha yaxşı formaya düşür. Bundan başqa, bizim baş məşqçimiz hazırlıq planını günə gün qurur. Bu oyunun təxirə salınması onun da bütün planlarını pozdu. Eyni zamanda, futbolçularda da ruh düşkünlüyü yarandı. Çünki onlar bu oyuna hazır idilər. Oynamaq istəyirdilər.
- Ancaq oyunun Zaqatalada keçirilməsi variantı da var idi. Sadəcə, iki klub razılığa gəlməli idi. Bu niyə baş tutmadı?
- Bəli, belə söhbət var idi. Prinsipcə, bizə sərf edirdi. Çünki “Simurq” üçün ən uzun səfər məhz Lənkəran səfəridi. Bizim də çarter reysi ilə Lənkırana getməyə imkanımız yoxdur. Yeganə çıxış yolu avtobusdur ki, bu da 10 saatımızı alır. Düzdür, öncə bizə Zaqatalada oynamaq təklif olundu. Ancaq biz qəbul etmədik. Çünki hazırda orada tikinti işləri gedir. İş gedə-gedə ora necə futbol salmaq olar? Yalnız bundan sonra neytral meydança təklif olundu.
- “Xəzər Lənkəran” tərəfindən?
- Xeyr, biz danışıqlarımızı Peşəkar Futbol Liqası ilə aparırdıq. “Xəzər Lənkəran” tərəfdən heç kim bizimlə əlaqə saxlamayıb. Sonra biz dedik ki, tikinti getsə də, oyun üçün şərait yarada bilərik və matçı Zaqatalada oynamaq olar. PFL-də bunu təsdiqləmişdi. Lakin sonradan saytlardan oxuduq ki, oyun təxirə salınıb. Zəng elədik PFL-ə ki, bəs, bu nə məsələdir. Onlar da dedilər ki, oyun təxirə salındı.
- Bu mövsümkü hədəfiniz nədir?
- İlk növbədə yaxşı komanda formalaşdırmaq. Bundan başqa, hədəfimizdə ilk “altılıq”da var. İndi baxaq görək necə olacaq. Bilirik ki, rəqiblər hamısı güclüdür, hamısı yaxşı maliyyə yatırır, amma biz də mübarizə aparacağıq. Əgər komanda ilk “altılığ”a düşsə, futbolçular yaxşı mükafat alacaqlar.
- Bir qədər də stadionunuzda gedən təmir işləri ilə bağlı məlumat verərdiniz.
- Artıq stadion klubun balansına verilib, biz də çalışırıq ki, nəsə bir iş görək. İlkin mərhələdə tribunaların üstünü təmir edəcəyik ki, yağış yağanda aşağı getməsin. Daha sonra soyunub-geyinmə otaqlarına keçəcəyik. Stadionun tutumunu da bir qədər azaltmağı düşünürük.
- Gələk əsas məsələ olan, qazona. “Simurq” ən çox məhz süni örtüklü meydançada oynadığı üçün tənqid olunur. Qazonun təbii otla əvəzlənməsi gündəmdə deyil?
- Açığı, son bir ilə qədər mən Azərbaycanda yaxşı vəziyyətdə olan təbii örtüklü meydança görməmişəm. Yalnız ötən ildən etibarən “Qəbələ” bu sahəyə böyük vəsait buraxdı, xaricdən mütəxəssis dəvət etdi. Hazırda onların stadionu ideal vəziyyətdədir.
- Bəs, “Simurq”a nə mane olur?
- Çətindi, çox çətindi. Görək də hər şey işlərin gedişindən aslı olacaq, baxaq, görək neynirik. Bəlkə də fikrimiz dəyişdi. Ancaq bu mövsümün sonuna kimi süni örtüklü meydançada oynayacağıq.
- Maraqlıdır, futbolçularınız süni örtükdən narazılıq edirlər?
- Bəli. Bizim legioner futbolçularımız var, hamısı da peşəkardır. Heç vaxt süni örtüklü meydançada futbol oynamayıblar. Özləri də deyirlər ki, çətindir öyrəşmək. Ən azı bir ay vaxt lazımdır. Üstəlik süni meydançada zədə almaq riski də qat-qat çoxdur.
- Klub prezidenti olaraq, öz fəaliyyətinizi necə qiymətləndirərdiniz? “Simurq”un əvvəlki prezidenti Zaur Məmmədov bizə müsahibəsində demişdi ki, mən estafeti gənc bir oğlana təhvil verdim və ilk ili olduğundan müəyyən səhvləri oldu. Ancaq yəqin ki, bu bir ildə təcrübə yığıb və ikinci ilində daha yaxşı nəticələr olacaq.
- Öncə həm Zaur müəllimə, həm də o vaxtkı “Simurq” rəhbərliyinə öz minnətdarlığımızı bildirək ki, komandanın adını tarixə yazdırdılar, bürünc medalı qazandılar, avrokuboklarda çıxış etdilər. Biz də çalışacağıq ki, əlimizdən gələni edək və daha yaxşı nəticələr qazanaq.
- Gənc yaşda klub prezidenti olmağın hansı çətinlikləri var?
- Çox çətindi. Birincisi,mən ötən ilə kimi futbolla dərindən maraqlanmırdım. Sadəcə, “İnter”in oyunlarına baxırdım, bundan başqa, avrokuboklarda Azərbaycan klublarına azarkeşlik edirdim. “Neftçi” və “Xəzər Lənkəran”ın “Birlik kuboku”nu qazanmasını qeyd edə bilərəm. Hansı ki bizi çox sevindirmişdilər. Ancaq klub rəhbəri kimi, futbolda işləmək həddindən artıq çətindi. Demək olar ki, istirahətim yoxdur. Belə baxanda mən də yükün çox hissəsini başqasının çiyninə atıb gedib dincələrəm. Ancaq bu, xarakterimdə yoxdur. Təsəvvür edin, Avstriyada gecə saat 2-yə kimi otururduq, müzakirələr aparırdıq ki, necə edək. Elə telefon borclarıma baxın, hamısı menecerlərlə danışıqlara gedib (gülür). Hər halda komanda üçün bir iş görüb-görmədiyimizi gələcək göstərəcək.
- Sirr deyil ki, “Simurq” yaranan gündən adı “İnter”lə birgə çəkilib. Hamı bu klubu “İnter”in farm klubu kimi qəbul edib. Günü bu gün də bu söhbətlər bitməyib. Maraqlıdır, “İnter”in kölgəsi nə vaxt “Simurq”un üzərindən qalxacaq?
- Bax, bu gün baxsanız görərsiniz ki, “Simirq”da “İnter”dən götürdüyümüz cəmi bir futbolçu çıxış edir o da gənc Asif Mirilidir. Onu da ona görə götürmədik ki, “İnter”İn oyunçusudur. Sadəcə, mən özüm də o uşağın oyununa baxmışdım, çox xoşuma gəlmişdi və düşündüm ki, orada ehtiyat oyunçular skamyasında oturmaqdansa, gəlib “Simurq”da oyanaması daha yaxşı olardı. Başqa bizim “İnter”lə heç bir münasibətimiz yoxdur.
- Sponsorlar ayrıdı?
- Tamamilə ayrıdır. “İnter”in sponsoru Beynəlxalq Bankdır. Bizim isə ayrıca 4-5 sponsorumuz var. Yəni, biz Beynəlxalq Bankdan heç bir maliyyə dəstəyi almırıq.
- Ancaq baş məşqçiniz məhz “İnter”dən gəldi...
- Əslində bu söhbər keçın il də qalxmışdı. O vaxt söhbət elədik, Georgi Çixradze imtina etdi. Vəziyyət elə olunca, biz də Sergey Yuranı dəvət etdik. Onun da bir nəticəsini görmədik.
- Ancaq hər kəs Yuranın oynatdığı futbolu bəyənirdi, mətbuat da bunu qeyd edirdi ki, o, Azərbaycan futboluna rəngarənglik gətirdi.
- Yuranın oynatdığı oyunu mən də bəyənirdim. Həm də onun dövründə tribunalar ağzınacan dolu olurdu. Yuran həm tribunaları coşdura bilirdi, həm də futbolçuları kökləyirdi. Ancaq mən də hər dəfə ona görə AFFA-ya dörd min manat cərimə ödəyirdim. Elə oyun olmurdu ki, meydançaya çıxmasın, hakimlərlə mübahisə etməsin. Azarkeşlər də onun hərəkətindən qızışırdılar və başlayırdılar meydançaya kənar əşyalar atmağa. Bir dəfə də hansısa hakimin burnunu qanatdılar. AFFA stadionu iki oyunluq diskvalivikasiya etdi. Buna nə qədər dözməli idik? “İnter”lə oyunda komandanı meydançadan çıxarırdı. Bz işə qarışdıq, qoymadıq çıxartmağa. Bütün bunlara görə baxdıq ki, ən düzgün variant yolları ayırmaqdı.
- Ümumiyyətlə, “Simurq” yarandığı gündən yerli məşqçiyə güvənməyib. Bunun səbəbi nədir?
- (bir qədər fikirləşir) Hələ ki, elə bir məşqçiyə rast gəlməmişik.
- Zaqatala azarkeşlərinin dəstəyi sizi qane edir?
- Azarkeş elədir ki, sən onu ancaq nəticə ilə sevindirə bilərsən. Beş oyun qalib gəl, sonra iki oyun uduz, rəhbərliyi də söyəcəklər, məşqçini də. Əlimizdən gələni edirik, stadiona giriş pulsuzdu, iki dəfə lotoreya keçirmişik. Azarkeşlərin dəstəyinə ehtiyacımız var, amma onlar da xahiş edirəm, diqqətli olsunlar, nizam-intizama əməl etsinlər. Məsələn, “İnter”lə oyunda yaşananlar bizə çox baha başa gəldi. Bu arada maraq üçün deyim ki, həmin oyundan sonra 50-ə yaxın azarkeş bizə yaxınlaşaraq dedi ki, biz inandıq ki, “Simurq”un artıq “İnter”lə bağlılığı yoxdur.
- Yeri gəlmişkən, deyilənə görə, həmin azarkeşlərin komandanın qarşısında bir tələbi var: kimə uduzursunuz uduzun, bircə “İnter”ə uduzmayın...
- Çalışacağıq.
- “Simurq” yarandığı gündən hələ də “İnter”İ məğlub edə bilməyib...
- Bu il məğlub edib tarix yazacağıq.
Anar XANLAROV
Nistelroy Premyer Liqaya qayıdır?
Kimpembe 638 gündən sonra geri dönür
Ronaldodan dubl, "Əl-Nəsr"dən qələbə
"Vəzifəmizin öhdəsindən gəldik" - Anton Krivotsyuk
"Qalatasaray"ın futbolçusu 1 ay oynamayacaq
Əvəzedicilər liqasında 14-cü tura yekun vuruldu
Əməliyyat olunan kapitan məşqlərə başladı
De Bleker çempionatdakı mübahisəli epizodları şərh etdi
Kurban Berdıyev "Turan Tovuz-2"in oyununu izlədi - Şəkillər
“Sabah”a yeni baş məşqçi təyin olundu - Rəsmi+Şəkillər
2-ci liqada 7 oyunun hakimləri bilindi
"Qarabağ" - "Lion" oyununa satılan biletlərin sayı açıqlandı
Amorim: "Mançester Yunayted" uzun müddət əziyyət çəkəcək"
"Real"da şok itki
Tanınmış komanda azarkeşlərinin hücumuna məruz qaldı - Video
"Klubdan yeni təklif almamışam, çox məyusam"
"Sabah"ın yeni baş məşqçisi bu əcnəbi olacaq?
Millimizin Rusiya ilə oyunlar üçün heyəti
"Sabah" baş məşqçisini istefaya göndərdi
Simeone gedəcək, yoxsa qalacaq? - Açıqlama
Kuper istefaya göndərildi
MEDİA müsabiqə elan edib
Vaqif Cavadov təəccübləndirir
Coşqun Diniyev liderə qarşı oynadı
Kazemiro "Real"ın təklifini rədd etdi
Premyer Liqada 250-ci oyun
U-18 millimizin heyətində dəyişiklik
Mikelsin yubiley qolu
“Qarabağ” rekordunu təkrarlayıb
Atası Neymarın gələcəyindən danışdı
"İnter"ə məğlubiyyətdən sonra futbolçuları bazaya qapadılar
Arda Güler qol ötürməsi verdi - Ançelotti xoş sözlər dedi
"Barselona"dan Levandovski qərarı
“Lion” Bakıya hansı nəticə ilə gəlir?
“Liverpul”dan qələbə, "Mançester Yunayted"dən xal itkisi
İstanbulda “Göztepe” fırtınası - Video
Millimizin üzvünün komandası uduzdu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər