“Neftçi” klubunun sabiq kapitanı Rail Məlikovun Qol.Az saytına müsahibəsi
- Türkiyənin “Dənizlispor” klubu ilə müqavilə imzalayacağın haqda xəbərlər doğrudurmu?
- Gizlətməyin yeri yoxdur. Bəli, bəzi təkliflər almışam. Hələ ki, bu təklifləri götür-qoy edirəm. Yaxın 2-3 günə hər şey bəlli olacaq.
- Bəs yerli klublardan sənə təliflər varmı? “Qarabağ”a keçəcəyin haqda məlumatlar dolaşırdı.
- Mən millinin futbolçusuyam, beş il “Neftçi”də oynamışam. Formamı itirməmək üçün doğma “Neftçi”nin bazasına məşq etməyə yollanmışdım. Mənə yaxın bir komandadır. Heç ömür boyu fikirləşməzdim ki, məni bazanın qapısından içəri buraxmasınlar. Ad çəkmək istəmirəm. Kiminsə tapşırığıyla məni içəri buraxmadılar. Bilirəm ki, bunu həyata keçirmək onun çoxdankı arsusu idi. Klubun prezidenti Sadıq Sadıqov bu olayı biləndən sonra həmin adama öz iradını bildirdi. Sadıq Sadıqova çox təşəkkürümü bildirirəm. Bu olaydan sonra “Qarabağ”da məşq etmək istədiyimi bildirdim. Çox sağ olsun, həm “Qarabağ” rəhbərliyi, həm də Qurban müəllim ki, mənə çox isti münasibət göstərdilər. Mənim “Qarabağ”da oynayacağım şayiədən başqa bir şey deyil. Sadəcə, formadan düşməmək üçün orada məşq edirdim. Düzü, mən yalnız bildim ki, əsl məşq necə olur. İndiyənə kimi belə məşq görməmişdim.
- Bir müddət əvvəl söyləmişdin ki, başqa kluba keçməyinə mane olan insanlar var?
- Mən bunu gizlətmirəm. “Neftçi”dən ayrılan kimi Türkiyənin “Konyaspor” komandasından real təklif almışdım. Hətta mənə məktub göndərərək müqavilə bağlamaq istədiklərini bildirdilər. Lakin müqavilə bağlamağıma az qalmış, işlərim birdən-birə tərs getdi. Bunun nədən belə olduğunu öyrənməyə çalışdım. Bildim ki, bu işin başında kim durur. Türklər özü də bildirdi ki, belə bir rəzalət görməmişdik. Öz ölkənin vətəndaşına qarşı belə hərəkət etmək olarmı? Onlar mənə bildirdilər ki, biz əksinə öz soydaşlarımıza yol açırıq. Hətta onları komandadan uzaqlaşdırsaq belə. Ona görə də sizdə futbolda heç vaxt inkişaf olmayacaq. Mən də bilirəm ki, qarşımda çətinliklər yaratmaq istəyən adam kimdir. Sadəcə, buradan həmin şəxsə demək istəyirəm ki, sənə böyüyünə görə hörmət edirəm. Çünki həmin böyük dediyim şəxs mənə ata kimidir. Sənin çox pis əməllərini açıb danışmaq istəmirəm. Bunu ona görə deyirəm ki, mənim qarşıma sədd çəkməsin. Otursun yerində. Yoxsa onun üçün yaxşı olmayacaq. Yoxsa, indiki yerindən böyük rəzalətlə gedər.
- Son zamanlar mediadan qaçırsan. Olmaya küskünlük yaranıb? Yoxsa, son olaylar sənə pis təsir edib?
- Mətbuatdan qaçmıram. Sadəcə, qırağa çəkilərək öz işimlə məşqul oluram.
- Transfer pəncərəsinin bağlanmasına çox az qalıb. Hazırda nə etmək istəyirsən?
- Hələ bu barədə danışmaq istəmirəm. Çünki desəm, yenə badalaq vurarlar. Yəqin ki, paxıllıqdan belə edir. Həmin adam düşünür ki, “Neftçi”dən çıxandan sonra heç yerdə oynaya bilməyəcəyəm. Lakin bu, çox gülməlidir. Hərə öz işiylə məşğul olsun.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı