“Mahmud Qurbanov nəinki məndən xeyir-dua aldı, heç adi zəng də eləmədi. Müsahibəsinə baxıram, deyir ki, mən Ağasəlim Mircavadovdan məsləhət alacam. Getsin, kimdən məsləhət alır-alsın. Bu, onun öz işidir. Mən buna görə ondan incimirəm. Amma baxmayın, kim olsa, təsir edər. Çünki Mahmud peşəkar futbolda ilk addımlarını mənim rəhbərliyim altında atıb, ilk titullarını mənim rəhbərliyim altında qazanıb. Heç olmasa, yalandan da olsa adımı çəkə bilərdi. Amma etmədi, canı sağ olsun”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyev deyib.
Mahmud Qurbanovun "Kəpəz"ə baş məşqçi təyin olunmasından sonra sabiq məşqçisinə zəng etməməsi, ondan xeyir-dua almaması Allahverdiyevə pis təsir etsə də o, yetirməsinə uğurlar arzulayıb:
“İstənilən halda Mahmuda məşqçilik karyerasında uğurlar arzulayıram. Bunu tam səmimi qəlbdən, ürəkdən deyirəm. Necə məşqçi olacağını deyə bilmərəm. Bu, onun özündən aslıdır. İstəsə Azərbaycanın ən güclü məşqçilərindən ola bilər. Bəziləri deyir futbolu yeni qurtarıb filan, amma elə Qurban Qurbanov da futbolu qurtaran kimi, məşqçiliyə başlamışdı”.
Təcrübəli mütəxəssis Mahmudun ondan incimək ehtimalının olduğunu da istisna etmədi:
“2 il bundan qabaq mən baş məşqçi olanda biz Mahmudu “Kəpəz”ə gətirmək istəyirdik. Sadəcə, son anda alınmadı. Daha doğrusu, Mahmudun istədiyi şəraiti ona yarada bilmədik. Bəlkə də insandı, düşünə bilər ki, o vaxt mən onu komandaya götürmədim və buna görə məndən incisin. Ancaq tanıyanlar da, o vaxt “Kəpəz”də mənimlə işləyən məşqçilər də bilir ki, ilk gündən mənim rəhbərlik qarşısında tələbim bu oldu ki, heç kimi istəmirəm, bircə Mahmudu gətirin. Vidadi Rzyevdən soruşsanız o da sözlərimi təsdiqləyər. Ancaq mən neyləyə bilərdim, maliyyəni verən rəhbərlik idi, mən deyildim axı”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı