“Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev Qol.Az saytına müsahibə verib
- Mövsüm öncəsi “Rəvan” qarşısına ciddi hədəflər qoyduğunu açıqladı. Ancaq Premyer Liqada ilk üç turdan sonra hələ ki, aktivində qələbə yoxdur. Klub rəhbəri kimi buna münasibətinizi bilmək maraqlı olardı.
- Həqiqətən də ilk turlardakı xal itkiləri bizi narahat edir. Bunun səbəblərini baş məşqçi daha yaxşı bilər. İnanmaq istərdik ki, növbəti oyunlarda vəziyyətdən çıxış yolu tapılacaq. Hələ mövsüm yeni başlayıb və hər şey irəlidədir.
- Sizcə, qələbə qazanmağınıza nə mane oldu?
- Futboldu, hər cür nəticə ilə rastlaşa bilərsən. Bəzən oyun olur ki, hesabda 2:0, 3:0 önə keçirsən, ancaq sonradan xal itirirsən. Prinsipcə, “Xəzər Lənkəran” və “Bakı” ilə oyunlarda qələbəyə yaxın idi. Təəssüf ki, hesabı açsaq da, sonradan qapımızdan top buraxaraq bir xalla kifayətlənməli olduq.
- Maraqlıdır ki, adlarını çəkdiyiniz klublar çempionluğa daha iddialı sayıldığı halda onlardan xal ala bildiniz. Ancaq nisbətən iddiasız hesab olunan AZAL-a çox asanlıqla uduzdunuz. Bəlkə futbolçularınız daha iddialı komandalarla oyunlarda daha yaxşı köklənirlər?
- Ümumiyyətlə, biz bütün komandalara qarşı yüksək motivasiya ilə çıxırıq. Belə götürəndə Azərbaycan çempionatında zəif komanda da yoxdur. Aralarındakı fərq cüzidir. Sualınıza cavab olaraq deyim ki, xeyr, biz rəqiblərimiz arasında fərq qoymuruq.
- Yəqin ki, Cavad Gülərin ilk üç turdakı fəaliyyəti sizi tam olaraq, qane etmir...
- Açığı, üç oyuna görə Gülər haqda fikir yürütmək düzgün olmazdı. O, çox təcrübəli məşqçidir və özü də çatışmazlıqları gözəl görür. Yəqin ki, lazımı tədbirləri görəcək və komanda növbəti turlarda daha yaxşı çıxış edəcək. Çətini ilk qələbəni qazanana qədərdir. Bir qələbə qazansaq, hər şey yoluna düşəcək.
- U-17 qızlar arasında dünya çempionatının oyunları ilə əlaqədar paytaxt klublar ev oyunlarını başqa bölgələrdə keçirəcəklər. “Rəvan” stadion seçimini necə edəcək?
- Biz PFL-ə təqdim etdiyimiz sifariş vərəqəsində əsas arena kimi “Dalğa Arena”, ehtiyat meydança kimi isə Salyan Olimpiya İdman Kompleksinin stadionunu qeyd etmişik. Bu mənada, böyük ehtimalla dünya çempionatı ərzində ev oyunlarımızı Salyanda keçirəcəyik. Ancaq bu məsələ hələ tam dəqiqləşməyib. Bir-iki günə hər şey məlum olacaq.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı