UEFA Nizam-İntizam Komitəsi Makedoniyanın "Rabotniçki" klubunu cəzalandırıb.
Qol.Az-ın məlumatına görə, ali futbol qurumu Skopye təmsilçisini bir illiyə avrokuboklardan kənarlaşdırıb.
Buna isə ötən mövsüm Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində İtaliyanın "Latsio" klubu ilə oyundan sonra "Rabotniçki" komandasının iki futbolçusunun dopinq testinin müsbət çıxması səbəb olub.
Makedoniya klubunun iki futbolçusu - Milovan Petroviç ve Dino Najdosk dopinqdən istifadə etdikləri üçün hər iki futbolçu 1 il ərzində futbol oynamaqdan məhrum ediliblər. "Rabotniçki" klubu isə qarşıdakı 4 il ərzində avrokuboklara vəsiqə qazanacağı təqdirdə 1 il beynəlxalq arenadan kənarda qalacaq.
Üstəlik komandaya 30 min avro pul cəzası tətbiq olunacaq. Komandanın həkimi Mihaylo İvanovskiyə 2, fizioterapevt Darko Velçevskiyə 3 illik cəza tətbiq olunub.
Qeyd edək ki, "Latsio" - "Rabotniçki" oyunu 6:0 hesabı ilə İtaliya təmsilçisinin xeyrinə başa çatmışdı.
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro