2008-ci il Avropa çempionatının seçmə mərhələsində Norveçin Maltanı 4:0 məğlub etdiyi qarşılaşmada oyun satmaqda ittiham olunan futbolçuya ağır cəza verilib.
Qol.Az-ın məlumatına görə, söhbətin getdiyi maltalı Kevin Sammutun bukmeykerlərlə əlbir olaraq danışılmış oyun təşkilndə günahı sübuta yetirilib. 31 yaşlı yarımmüdafiəçi Avro-2008-in seçmə mərhələsində sözügedən qarşılaşmanın ilk hissəsində meydana çıxıb və fasilədən sonra əvəzlənib.
UEFA İntizam Komitəsi, "Valletta" klubunda forma geyən Malta yığma komandasının günahkar futbolçusunu 10 il müddətinə cəzalandırıb. Qitə qurumu iddiada adı keçən digər futbolçulara isə yetərli dəlil olmadığını əsas gətirərək, cəza verməyib.
K.Sammut ona qarşı ədalətsizlik edildiyini bildirib:
"Mənim bu məsələdə heç bir günahım yoxdur. Etmədiyim bir şey üzündən cəza alıram".
Malta Futbol Federasiyasının prezidenti Darmanin Demajo isə iddiada 4 futbolçunun adının keçdiyini, yalnız Sammutun cəza almasının doğru qərar olmadığını söyləyib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar