“Sumqayıt”ın müdafiəçisi Samir Abbasovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın üçüncü turunda komandanızın “Qarabağ”a 1:6 hesablı ağır məğlubiyyətinin səbəbini nədə görürsən?
- Oyunun gedişatı bizim üçün uğursuz oldu, nəticədə belə darmadağınla üzləşdik. Yenidən “Qarabağ”la qarşılaşsaq, onlar bizi bu hesabla uda bilməzlər. Sadəcə, həmin gün bizim günümüz deyildi.
- Hər halda bu cür nəticə gözlənilməz oldu.
- Doğrudur. Deyim ki, “Qarabağ”a məğlub olmağa çıxmışdıq, yalan olar. Niyə, belə fikirləşməliyik? Məgər, “Qarabağ” “Barselona”dır?! Yerli çempionatda istənilən komandanı məğlub etmək olar. “Simurq” çempionatda iki adlı-sanlı rəqibiylə başabaş mübarizə apardı. İndi rəqiblərinin adları var deyə, məğlub olmağa çıxası deyildi ki?
- 20 dəqiqədə baş hakim Elçin Məmmədovun komanda yoldaşın Aftandil Hacıyevə qırmızı vərəqə göstərməsi oyununuzda qırılma nöqtəsi sayıla bilərmi?
- Həmin epizodda qırmızı vərəqəlik bir şey yox idi. Elçin Məmmədov yalnış qərarı verdi. Lakin açığı, məğlubiyyətimizə səbəb bu deyil. Həmin gün 1:6 olmasa da, 0:3 və ya 0:4 hesabı ilə uduzacaqdıq. Belə məğlubiyyətdə hakimi günahlandırmağın yeri yoxdur. Çünki oyunumuz alınmırdı.
- Keçən mövsüm “Qarabağ” sizinlə oyunlarda beş xal itirmişdi. Yəqin, bundan möhkəm nəticə çıxarıblar.
- Əgər onlar bizimlə oyuna belə ciddi şəkildə hazırlıqlı çıxmışdılarsa, bu, “Sumqayıt” üçün baş ucalığıdır. Çünki bizdən bir rəqib kimi çəkinirdilər. Qələbə üçün çox çanfəşanlıq edirdilər.
- Son məğlubiyyətdən sonra klub rəhbərliyi sizə nələr söylədi?
- Dedilər ki, futbolda bu cür hallar baş veriri. Bizdən bu matçı unutmağımızı istədilər. İndi birinci dəfə olduğu üçün belə deyirlər. Bundan sonra da belə uğursuzluq olsa, başqa cür danışacaqlar.
- Sabiq komanda yoldaşın Fərid Quliyevin “Sumqayıt”dan qovulmasında sənin də əlinin olduğu deyilir. Bu barədə nə deyərdin?
- Siz özünüz fikirləşin.. Əgər mən futbolçu çıxarıramsa, onda məşqçi nəyə lazımdır? Elə oturub məşqçilik edim də. Fəridlə bağlı qərar baş məşqçiyə aiddir. Almaniyalı məşqçi öz müsahibəsində də bildirib ki, Fərid Quliyevin oyununu bəyənməyib. Yəni, bu futbolçu bizlik deyil.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı