“Qəbələ”nin təcrübəli futbolçusu Elmar Baxşıyev Qol.Az-a müsahibə verib.
- Son turda “Neftçi”yə böyük hesablı məğlubiyyətiniz çoxları üçün gözlənilməz oldu. Səncə, nə baş verdi?
- Düzü, nə baş verdiyini özümüz də anlamadıq. Bizim üçün də gözlənilməz oldu, çünki Bakıya uğurlu nəticə dalınca gəlmişdik. Sadəcə, ilk qoldan sonra futbolçular “sındı”. Futboldu neyləmək olar? Artıq bu oyunu unutmaq lazımdır.
- Necə düşünürsən, hesab oyuna görə oldu?
- Xeyr. “Qəbələ” 0:3 hesablı məğlubiyyətə layiq deyildi. Komandamız çox güclüdür, heyət daha da gücləndirilib, yeni transferlərimizin də hamısı səviyyəli futbolçulardı. Hədəfimiz də yüksək yerlərdi. Sadəcə, “Neftçi” ilə oyun alınmadı.
- Növbəti turda “Sumqayıt”la qarşılaşırsınız. Hansı ki, “Qarabağ” son turda bu komandaya 6 top vurdu...
- Bu amil bizi qətiyyən arxayınlaşdırmır. Əksinə, “Neftçi” ilə oyundan sonra çıxıb özümüzü sübut etməliyik. Odur ki, “Sumqayıt”la oyuna çox ciddi hazırlaşırıq.
- Ötən mövsüm demək olar, oynamaq şansı qazanmırdın. Bu mövsüm isə hər şey əksinədir və hətta start “onbirliy”ində meydançaya çıxırsan. Bunun özü də çoxları üçün gözlənilməz oldu...
- Bu, baş məşqçinin verdiyi qərardı. Mən həmişə öz üzərimdə işləyirəm, çalışıram ki, formada qalım. Əgər baş məşqçimiz mənə güvənib şans verirsə, mən də çalışmalıyam ki, onun etimadını doğruldum. Bundan sonra öz üzərimdə daha da artıq işləyəcəm.
- Sabiq milli üzvü kimi, millimizlə bağlı fikirlərini də öyrənmək maraqlı olardı. Son yoxlama oyununda Bəhreynə qalib gəldik. Qarşıda İsrail sınağı var. Səncə, komandamız bu sınaqdan üzüağ çıxa biləcək?
- Bəhreynlə İsrail ayrı-ayrı komandalardı. Oyun sistemləri də fərqlidir. Təbii, qələbə hər zaman qələbədir. Bəhreyni məğlub etdik, amma İsraillə oyun çox çətin olacaq. Evdə oynayırıq və gərək qələbə qazanıb seçmə mərhələyə 3 xalla başlayaq.
Anar XANLAROV
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı