“Kəpəz”in yeni baş məşqçisi Mahmud Qurbanov Qol.Az-a müsahibə verib.
- Öncə təyinatınız münasibətilə sizi təbrik edirik.
- Çox sağ olun, təşəkkür edirəm. Mən də sizi və xalqımızı Ramazan bayramı münasibətiylə təbrik edirəm.
- Təyinatınız gözlənilməz olmadı ki? Ümumiyyətlə, təklif kim tərəfindən gəldi?
- Hardasa gözlənilməz oldu. Təklif Gəncə Regional Futbol Federasiyasının prezidenti Xanlar Fətiyevdən gəldi və mən də mənmuniyyətlə qəbul etdim. Gəncə futbolunun yetirməsi kimi, gəncəli kimi, çox şad oldum ki, mənə etimad göstərildi. Əlimdən gələni edəcəyəm ki, bu etimadı doğruldum.
- Yəqin ki, işiniz çox çətin olacaq...
- Əlbəttə. Çünki vaxt çox azdır. Heyəti bir yerə yığmaq, qısa zamanda onları növbəti oyuna hazırlamaq, boşluqları aradan qaldırmaq.. Bunların hamısını qısa zamanda etmək çətindir.
- Tranfer pəncərəsi avqustun 31-də bağlanacaq. Yəni hələ yeni transfelər üçün vaxtınız var. Bununla bağlı hansısa planınız mövcuddur?
- Bəli, yeni transferlərin olmasını çox istərdim. Xüsusən də yerli futbolçuları nəzərdə tuturam. Ancaq təyinatım yeni reallaşdığından bu haqda ətraflı müzakirələrimiz olmadı. Gələn həftədən bunu da müzakirə edəcəyik.
- Ümumiyyətlə, rəhbərlik komandanın qarşısına hansı məqsədi qoyub?
- Təbii ki, çempionluq məqsədi qoyulmayıb. Əsas məqsəd yerli futbolçuların üzə çıxarmaq, gözəl, möhkəm və əzmkar bir kollektiv formalaşdırmaqdır.
- Bilirsiniz ki, gəncəli azarkeşlər də sizin baş məşqçi postuna gətirilməyinizi çox istəyirdilər və bu üzdən onların sizə çox böyük ümidi var. Elə futbol ictimaiyyəti də sizdən çox şey gözləyir. Bütün bunlar məsuliyyətinizi daha da artırır. Üzərinizdə hansısa psixoloji təzyiq hiss etmirsiniz?
- İlk növbədə deyim ki, hansı yükün altına girdiyimi gözəl başa düşürəm. Ancaq heç bir çətinlikdən qorxmuram. Düzdür, baş məqşçi kimi ilk olaraq, “Tərəqqi”də fəaliyyətə başlamışdım. Ancaq qismət elə gətirdi ki, debüt matçımı “Kəpəz”in baş məşqçisi kimi edəcəyəm. Mənə dəstək olan azarkeşlərə də öz minnətdarlığımı bilditirəm və onları da stadiona dəvət edirəm. Bu gün bu dəstək ilk növbədə “Kəpəz”ə lazımdı, “Kəpəz”in buna çox ehtiyacı var. Az öncə dediyim kimi, biz də çalışacağıq ki, bizə olan etimadı doğruldaq, “Kəpəz”ə, Gəncə futboluna, ümumiyyətlə, Azərbaycan futboluna layiqində xidmət edək.
- Debüt matçınız sabiq klubunuz “Bakı”ya qarşı olacaq. Rəqib də yaxşı günlərini yaşamır və ilk iki turu qələbəsiz başa vurub. Necə düşünürsünüz, “Kəpəz” paytaxtdan xalla dönə biləcək?
- Mən özüm futbolçu kimi “Bakı”nın şərəfini qorumuşam, orada çempionluğu qazanmışam. Bu öz yerində. Bu gün artıq bütün fikrim “Kəpəz”lə bağlıdır. Çalışmaq lazımdır ki, qısa zamanda futbolçularda özünəinamı qaytarıb bu oyuna kökləyək. Bir həftəyə bunu etmək çətin olsa da, çalışacağıq. Yəni Bakıya yaxşı nəticə arxasınca gedirik və düşünürəm ki, ən azı bir xalla geri dönə bilərik.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı