Portuqaliya-Azərbaycan oyununun başlanma saatı dəyişdirildi

Portuqaliya-Azərbaycan oyununun başlanma saatı dəyişdirildi
GÜNDƏM 17 Avqust 2012 / 12:15 2672
-  A +

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya-Azərbaycan oyununun başlanma saatı teleyayımla əlaqədar olaraq dəyişdirilib.
 
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə sentyabrın 12-də saat 01:00-da deyil, 00:15-də başlayacaq.

Qeyd edək ki, Portuqaliya-Azərbaycan oyunu Braqa şəhərindəki “AXA Stadium”da keçiriləcək.

Daha çox


Son xəbərlər