2008-09-cu il mövsümündə “Neftçi”nin şərəfini qorumuş bolqarıstanlı Marko Davçev Qol.Az-a müsahibə verib.
- “Neftçi”nin son çıxışlarını izləyirsən?
- Bilirəm ki, Azərbaycan çempionu oldular. Ancaq səhv etmirəmsə, Çempionlar Liqasında uğurlu çıxış edə bilmədilər.
- Bəli, İsrail çempionu “Hapoel”ə məğlub oldular. Xüsusilə səfərdə 0:4 hesablı qeydə alındı.
- Çox təəssüf. Məncə, “Neftçi” artıq daha yüksək səviyyədə oynamalıdır.
- Bunun üçün şans var. Ancaq Avropa Liqasının "play-off" mərhələsindəki rəqib Cənubi Kipr təmsilçisi “Apoel”di...
- “Apoel” çətin rəqibdi. Ötən mövsüm Çempionlar Liqasında çox uğurlu mövsüm keçirdilər. Ancaq futbolda mümkünsüz heç nə yoxdur. Yaxşı transferlər edib, heyəti gücləndirib, uğurlu nəticə göstərmək olar. Mən bilən maliyyə cəhətdən heç vaxt “Neftçi”də problem olmayıb.
- Yeri gəlmişkən, sizin dövrünüzdə vəziyyət necə idi?
- Maliyyə cəhətdən hər hansı bir ciddi problemimiz olmayıb. Maaşlarımızı vaxtlı-vaxtında alırdıq. Hətta həmin vaxt bütün dünyanı maliyyə böhranı bürüsə də bu, Azərbaycandan yan keçdi. Bəlkə də komandaya Dövlət Neft Şirkəti himayədarlıq etdiyindən bu cəhətdən problem olmurdu.
- O vaxt səninlə birlikdə həmyerlin Svetoslav Stefanov da çıxış edirdi...
- Bəli, onunla münasibətlərimiz o vaxt da əla idi, indi də. Ailəvi cəhətdən yaxınıq. Svetoslav məndən əvvəl Azərbaycana getdiyindən yerli ab-havanı, mentaliteti məndən daha yaxşı bilirdi. Bu mənada Azərbaycana uyğunlaşmaq baxımından mənə çox böyük köməyi dəydi.
- Sizə, beynəlxalq komanda demək olardı?
- Düzü, saymamışdım, amma hardasa 10 nəfər legioner var idi. Avstraliya, Türkiyə, Braziliya, Estoniya, İrlandiya və Serbiyadan legionerlərimiz var idi. Hətta bəzən elə olurdu ki, meydançaya cəmi iki yerli futbolçu çıxırdı. Ümumiyyətlə, Azərbaycanda legionerlərə limit yox idi. Elə komanda var idi, start heyətinin hamısı legionerlərdən ibarət olurdu.
- Bakı necə şəhər idi?
- Bakı mənim gözlədiyimdən də gözəl şəhər imiş. Ticarətə böyük üstünlük verirdilər. Amma tıxaclar çox böyük problem idi.
- Klub sizə ev və maşın vermişdi?
- Ev vermişdilər. Özü də şəhərin gözəl guşələrindən birində. Orada Svetoslavla qonşu idik. Maşına gəlincə, xeyr. Svetoslavla bir “Mersedes” almışdıq. Bizə iki maşın lazım deyildi. Onsuz da Bakıda yetərincə avtomobil var idi. Hətta Bolqarıstandakından iki dəfə çox idi. Özü də çoxu “Mersedes”, "BMW" və "Jeep" kimi bahalı maşınlar idi. Sovet istehsalı olan “Jiquli”lər az idi.
- Dil problemin yəqin ki, olmazdı...
- Rus dilini pis bilmədiyimdən problem olmurdu.
- Bilirsən ki, “İnter”in prezidenti Georgi Nikolov da bolqardı. Onunla şəxsi tanışlığın var?
- Şəxsən yox, amma tanıyıram. Nikolov neçə illərdi Azərbaycanda çalışır və ona hörmət edirlər. Necə deyərlər, Azərbaycan futbolunda sözükeçən adamlardan sayıla bilər.
- Azərbaycanda boş vaxtını necə keçirirdin?
- Təbii ki, gəzməyə çıxırdıq. Deyim ki, Bakı çox bahalı şəhərdi. Bu mənada orada yaşamaq Bolqarıstandan daha çətindi. İstirahətə gəlincə, Bakıda gecə klubları var idi. Amma siz müsəlman ölkəsi olduğunuzdan vəziyyət bir qədər fərqli idi. O vaxtı Bakıya yeni gələndə mənə demişdilər ki, burada diskotekada qızlar azdır. Çünki Avropadan fərqli olaraq, burada qadınlara və kiçik yaşlı qızlara məhdudiyyətlər qoyulur. Ona görə, çətin ki həyat yoldaşıma həmin diskotekalarda xoş olardı.
- Azərbaycan futbolu ilə Bolqarıstan futbolunu müqayisə etmək olar?
- Mən oynadığım dönəmdə Azərbaycan futboluna yaxşı sərmayə qoyulurdu. Bu mənada bəlkə də sizinkilər artıq bizim klublara çatıblar.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı