“Qəbələ” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın üçüncü turunda səfərdə “Neftçi”yə qarşı oynayacaqsınız. Bu oyuna hazırlıq necə gedir?
- Normal qaydada. Bu görüşə yaxşı köklənmişik. Məqsədimiz Bakıdan sərfəli nəticəylə dönməkdir.
- Rəqibinizin Avroliqada “Apoel”lə çətin oyunu var. Yəqin ki, sizinlə oyunda çox güc sərf etməməyə çalışacaqlar. Bunu “Qəbələ” üçün əlavə üstünlük hesab etmək olar?
- Mən belə düşünmürəm Düzdü, ola bilər “Apoei”i daha çox fikirləşsinlər. Amma nəzərə almaq lazımdır ki, ilk görüşdə “Qarabağ”a məğlub olublar. Ona görə də əksinə bizimlə görüşə tam başqa motivasiyayla çıxacaqlar. Çünki qələbə qazanması psixoloji cəhətdən “Apoel”lə oyunda onlara çox kömək ola bilər. Bu, psixoloji baxımdan çox vacib bir şərtdir. Birdə ki, heç bir klub çempionatda ard-arda iki tur məğlubiyyət acısı yaşamaq istəməz.
- Sabiq klubun “Neftçi”ylə qarşılaşmanı sənin üçün prinsipial adlandırmaq olarmı?
- Belə şey fikirləşmirəm. Ona görə ki, “Neftçi”də özümü yaxşı mənada sübut etmişəm. Bu klubda yaxşı günlərim olub. İki dəfə ölkə çempionluğunu yaşamışam. Prinsip məsələsinə gəlincə, belə bir şey yoxdur. Çünki artıq o yaşda da deyiləm ki, kiməsə nəyisə sübut edim. Klubdan ayrıldıqdan sonra rastlaşdığım azarkeşlər məni alqışlayırdı. Hər halda bu o deməkdir ki, “Neftçi”yə layiq futbolçu olmuşam.
- Keçmiş komandana qarşı oynamaq sənə necə təsir edəcək?
- Ola bilsin, oyunun ilk dəqiqələrində məndə nostalji hisslər yaranacaq. Lakin oyunun gedişatında artıq komandamın qələbəsi haqda fikirləşəcəm.
- Səfər qarşılaşmasından üç xal gətirmək şanslarınızı necə görürsən?
- “Neftçi” öz meydanında da yaxşı oynayır. Bu mövsüm heyətini yaxşı legionerlərlə gücləndiriblər. Şanslar əlinin-əliyyədir. Lakin istənilən halda biz rəqibimizə səfərə nə üçün gəldiyimizi sübut edəcəyik.
- Necə düşünürsən, “Neftçi”nin Avroliqada “Apoel” səddini keçməsi real görünür?
- Kipr komandası çox güclüdür. Bu, əvvəlki “Apoel” deyil. Əvvəlki “Apoel”i keçmək olardı. Lakin hazırkı komandanı məğlub etmək çətindir.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı