Azərbaycan – İsrail oyununun keçiriləcəyi stadion dəyişdirildi

Azərbaycan – İsrail oyununun keçiriləcəyi stadion dəyişdirildi
GÜNDƏM 15 Avqust 2012 / 20:46 4487
-  A +

Sentyabrın 7-də keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – İsrail oyununun keçiriləcəyi stadion dəyişdirilib.

Bu haqda Qol.Az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
 
Onun sözlərinə görə, Tofiq Bəhramov adına Respublika stadionu artıq tam hazır olduğundan AFFA rəhbərliyi matçın həmin arenada keçirilməsinə qərar verib.

Xatırladaq ki, öncə bu qarşılaşmanın Mərdəkan qəsəbəsindəki “Dalğa Arena” stadionunda baş tutacağı gözlənilirdi. Lakin sabah Respublika stadionunun rəsmi açılış mərasimi keçirildiyindən millinin Mərdəkanda oynamasına ehtiyac qalmayıb.

Daha çox


Son xəbərlər