İsrail millisində qalmaqal

İsrail millisində qalmaqal
GÜNDƏM 15 Avqust 2012 / 19:08 2848
-  A +

Sentyabrın 7-də DŞ-2014-ün seçmə mərhələsində Azərbaycan millisiylə qarşılaşacaq İsrail yığmasının düşərgəsində qalmaqal baş verib.

Qol.Az-ın “Sport-eskpress”ə istinadən yaydığı xəbərə görə, bu gün Macarıstanla yoxlama oyunu ərəfəsində İsrail komandasının baş məşqçisi Eli Qutman Almaniyanın “Nürnberq” klubunda çıxış edən Almoq Koeni millinin heyətindən kənarlaşdırıb.

Eli Qutman bildirib ki, buna taktiki leksiyalar zamanı Koeinin “özünü yaxşı aparmaması” səbəb olub.

Qeyd edək ki, planlaşdırmaya qədər Koeinin əsas dayaq müdafiəçisi kimi meydana çıxacağı gözlənilirdi. Lakin düşərgədəki qalmaqaldan sonra Qutman Koeini komandadan qovmalı olub.

Daha çox


Son xəbərlər