“Bakı” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun Qol.Az saytına müsahibəsi
- Bir müddət əvvəl hərbi xidmətə yola düşmüşdün. “Bakı”ya qayıdışın necə baş tutdu?
- Mən hazırda Mərkəzi Ordu İdman Klubuna məxsusam. “Bakı”da icarə qaydasında çıxış edəcəyəm.
- Əsgərliklə bağlı təəssüratların necədir?
- Hərbi xidmətdə olmaq hər bir vətəndaşın borcudur. Həmçinin mənim də. Andiçmə mərasimində də iştirak etdim. Hazırda Bakıdayam. Artıq məşqlərə başlamışam. Tez bir zamanda formamı bərpa etməyə çalışacağam.
- Yəqin ki, peşəkar futbolçu üçün əsgərlik çəkmək asan deyil.
- Əlbəttə. Mülki həyatdan əsgərlik həyatına qədəm qoymaq bir anlıq hər şeyi dəyişir. Tamam başqa bir hisslər yaşayırsan. Mən əsgərlikdə 18 gün qulluq etdiyim zaman da idmanla məşqul olurdum. Lakin bunları bir əsgər kimi yerinə yetirirdim. Komandayla məşqlər etmək tamam başqadır. Düzdü, çətin olsa da. öhdəsindən gəlməyi bacardım.
- "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədov deyib ki, Elvin komandaya borcunu yaxşı oyunuyla qaytarmaq istəyir. İndi də bu fikrində qalırsan?
- Bəli. Etiraf edirəm ki, bir vaxtlar “İnter”, “Qarabağ” və millidəki oyuumu “Bakı”da göstərə bilmirəm. Bunu özümü sığortalamaq üçün demirəm. Lakin futbolda belə şeylər olur. Zədələr məni çox geri salmışdı. Ancaq qarşıma məqsəd qoymuşam ki, öz üzərimdə daha çox çalışıb, klubuma maksimum nəticə verim.
- Millinin baş məşqçisi səni Bəhreynlə oyuna çağırmaması hərbi xidmətdə olmağınla əlqədardır?
- 20 günə yaxın mən əsgərlikdə oldum. Belə vəziyyətdə yığmaya çağırmağım real deyildi.
Əli HƏYATİ
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar