Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın ilk iki turu canlı yayımlanmayıb, azarkeşlər futbolsuz qalıblar. Vəziyyət nə zaman düzələcək?
- Biz bu haqda düşünürük. Çalışırıq nəsə edək. Amma asan məsələ deyil. Ona görə ki, bizim teleşirkətlərin heç biri Azərbaycan futboluna diqqət ayırmaq istəmir. Elə fikirləşirlər ki, irəli sürdüyümüz şərt pul qazanmaq üçündür. Heç də belə deyil. Söhbət burda klublara dəstəkdən gedir. Dünyanın heç bir yerində klub yayıma görə pul vermir, əksinə pul qazanır. Bizdə isə əksinədir. Bunun qarşısını almaq üçün PFL yayım hüqüqunu satmaq qərarına gəldi. Buradan götürəcəyimiz maliyyə klublar arasında bölünəcək, xüsusilə bu, uşaq futbolunun inkişafına sərf olunacaq. PFL-in bir manat belə gəlir əldə etmək fikri yoxdur.
- Amma tələb etdiyiniz 500 min manat da telekanalları razı salmır.
- Söhbət təkcə puldan getmir, axı. Gəlsinlər, söhbət edək də. Müəyyən oyunların canlı yayımlanmasına söz verən yoxdur. Biz demirik ki, çempionatdakı 198 oyunun hamısı nümayiş etdirilsin. Heç olmasa, bölgələrdəki matçlara da diqqət ayırılsın, bütün mövsüm ərzində «Turan» və «Kəpəz»in çox demirəm, dörd ev oyunu canlı nümayiş etdirilsin. Bununla da razılaşan yoxdur.
- Har hansı güzəştə getəcəksinizmi?
- Bəli.
- Deyə bilərsinizmi, söhbət nə kimi güzəştlərdən gedir?
- Qiymətdə güzəşt edəcəyik.
- Belə fikirlər var ki, bu turun oyunları da canlı göstərilməyəcək.
- Biz çalışırıq ki, bu baş verməsin.
- Premyer Liqanın ilk iki turuna necə qiymət verərdiniz?
- Çox maraqlı oyunlar keçir. Demək olmaz ki, mövsüm təzə başlayıb. Narazı deyiləm.
- Hakimliyin durumu barədə fikirləriniz necədir?
- Hələlik heç bir klubdan şikayət, narazılıq yoxdur.
- FİFA referisi Anar Salmanovun İspaniya və Səudiyyə Ərəbistanı komandalarının oyunan təyinatı xəbərini necə qarşıladınız?
- Anar Salmanov öz zəhməti, peşəkarlığı ilə bunu qazandı. Bu məsələdə AFFA-nın böyük zəhməti var. AFFA rəhərliyi dəyişəndən sonra hakimliyə diqqət və qayğı artıb. Hər il 40-50 hakim ildə iki dəfə - qışda və yayda xaricdə təlim-məşq toplanışında olur, əcnəbi komandaların iştirakı ilə oyunlar idarə edir. Hələ indiyədək xaricilərdən narazılış eşitməmişik. Hakimliyin inkişafında AFFA rəhbərliyini zəhməti böyükdür. Bütün bunların nəticəsidir ki, bu gün hakimimiz İspaniyanın oyununa təyinat alır.
- Çempionatın ikinci turunda «Neftçi» - «Qarabağ» oyunu təxirə salınmalıydı. Belə fikirlər var ki, millinin baş məşqçisi Berti Foqtsun istəyi ilə həmin görüş baş tutub.
- Xeyr, belə bir şey olmayıb. Sadəcə, «Neftçi» əvvəlcə şifahi şəkildə soruşmuşdu ki, oyunu təxirə salmaq olarmı. Amma danışığımızdan bir saat sonra klubun prezidenti Sadıq Sadıqov mənə zəng edib dedi ki, dincəlməz olmaz. Yeganə onu xahiş etdi ki, «Qəbələ»ylə matç avqustun 19-dan 18-nə keçirilsin.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı