Güləşçi Toğrul Əsgərov London Olimpiadasında Azərbaycana ilk qızıl medalı qazandıran gecə doğulduğu Gəncə şəhəri qələbəni qeyd etməyə səfərbər olmuşdu – 19 yaşlı Toğrulun ailəsi yaşayan bina bayraqlar və həmyerlilərinin qələbəsinə sevinən idman həvəskarları ilə əhatələnmişdi. “Azadlıq” radiosunun məlumatına görə, Toğrulun anası İnarə Hüseynova deyir ki, həmin gecə bütün Gəncə onlarla idi:
“Axıra kimi izlədim. Nə şoklar keçirdim... Dedim ölsəm də, axıra kimi izləyəcəm. Bir narahatlığım axırıncı güləşçidən idi, o, necə qat Toğruldan böyük idi, amma yenə də gücünü sınadı, bir xal vermədi ona. Gəncəlilərin hamısında gözəl əhval-ruhiyyə var idi, bütün evlərdə ona alqışlayırdılar”.
Toğrul Əsgərov 2008 və 2009 illərin yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi olub. Bundan başqa, 2010-cu ilin gənclər arasında keçirilən Avropa çempionatının qalibi və dünya ikincisi, Moskvada keçirilən böyüklərin dünya çempionatının gümüş mükafatçısıdır.
“QIZIL MEDAL ALMASAN, GƏLMƏ!”
Babası Səməndər Hüseynov deyir ki, həmişə ailəsini mükafatlarla sevindirən Toğrulun qələbədən başqa seçimi yoxdur: “Onun o qızıl medalını həmişə gözləyirəm. O, hara gedibsə, qızıl medal alıb. Ona görə, yola salanda dedim ki, “mən qızıla öyrəşmişəm, bala, qızıl medal almasan, gəlmə! Mənə qızıl medal lazımdır, qoca kişiyəm day”. O da dedi “oldu, ay baba”.
Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarında 53 idmançı ilə təmsil olunurdu. Ölkə ümumilikdə 10 medal qazanıb. Qazanılan medalların 7-si isə güləşdəndir, onlardan 2-si qızıldır.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar