Bakının “İnter” klubunun hücumçusu Georgi Adamiyanın Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın ikinci turunda səfərdə “Qəbələ”yə minimal hesabla məğlubiyyətinizə nə səbəb oldu?
- Səfərdə çıxış etməyimizə baxmayaraq, pis təsir bağışlamadıq. Sadəcə, qolu qapımızdan əks-hücum zamanı buraxdıq. Sonrakı dəqiqələrdə özümüzü toparlayaraq xeyli təhlükəli epizod yaratdıq. Lakin bunlardan yetərincə istifadə edə bilmədik.
- Qələbə qazanmağınıza buraxıdıgınız erkən qol mane oldu?
- Deməzdim. Çünki qoldan sonra da “İnter”in xeyli real qol imkanı oldu. Lakin bunlardan istifadə edə bilmədik.
- Səncə, rəqib sizi hansı göstəricilərə görə üstələdi?
- Evdə çıxış edən komanda hər zaman üstün oyun nümayiş etdirməyə çalışır. Ancaq deməzdim ki, “Qəbələ” bizdən üstün oynadı. Başabaş mübarizə getdi. Hətta mən deyərdim ki, “İnter” biraz üstün oynadı. Bizim təhlükəli epizodlarımız da çox idi. Amma bizə son nöqtəni qoymaq üçün dəqiqlik çatmadı.
Futbolda kimsə səhv etməlidir. Əks halda qələbə qazanan da olmaz. Biz əlimizi yanımıza salmırıq. Hər şey hələ qarşıdadır. İrəlidə uzun bir marafon var.
- Son iki turda “İnter”in qalib gələ bilməməsi Avroliqadakı çıxışlarınızla bağlı ola bilərmi? Nəzər alaq ki, həmin yarışlarda xeyli güc sərf etdiniz.
- Mən belə düşünmürəm. Çünki “İnter”in fiziki durumu yüksəkdir. Avroliqada itirdiyimiz fiziki gücü isə çoxdan bərpa etmişik. Sadəcə, bir az bəxtimiz gətirmədi.
- Oyundan sonra baş məşqçiniz Kaxaber Sxadadze sizə nə dedi?
- Dedi ki, məğlub olduğumuz görüşü yaxşıca analiz etmək lazımdır. Biz hələ bu gün bir yerə toplaşacağıq. Yəqin ki, oyunun videoyazısına baxaraq, təhlillər edəcəyik.
- Növbəti tur evdə “Xəzər Lənkəran”ı qəbul edəcəksiniz. Bu görüşdə qələbə şanslarınızı necə dəyərləndirərsən?
- Rəqibimiz çempionatın ən güclü komandalarından biri hesab edilir. Məncə, onlarla qarşılaşmamız “Qarabağ” və “Qəbələ”dən daha çətin olacaq. Şanslara gəlincə, mən bu barədə danışmağı xoşlamıram. Birdə ki, şansalar hər zaman var. Sadəcə, rəqibi yaxşı analiz etmək lazımdır. İnanıram ki, növbəti turda qələbə bizimlə olcaq.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı