Qara Qarayev: “Qol vurduğuma inanmırdım”

Qara Qarayev: “Qol vurduğuma inanmırdım”
GÜNDƏM 13 Avqust 2012 / 12:57 2903
-  A +

“Düzü, “Neftçi”yə qol vurub komandama qələbə gətirəcəyimi gözləmirdim. Həmin an qol vurduğuma inanmadım. Komanda yoldaşlarım məni təbrik etdikdən sonra isə hər şeyin real olduğunu bildim”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun müdafiəçisi Qara Qarayev deyib.

Premyer Liqanın ikinci turunda “Neftçi”yə qarşı matçda Ağdam komandası Qara Qarayevin qolu sayəsində 1:0 hesabı ilə qalib gəlib.

Q.Qarayev bildirib ki, bu, onun peşəkar karyerasında vurduğu ilk qol olub: “Bu qolu belə matçda, özü də ölkə çempionu “Neftçi”yə vurduğum üçün çox sevinirəm. Oyundan sonra kim məni gördüsə, təbrik etdi”.

Daha çox


Son xəbərlər