İngiltərə Superkubokunun qalibi müəyyənləşdi

İngiltərə Superkubokunun qalibi müəyyənləşdi
GÜNDƏM 13 Avqust 2012 / 00:48 2398
-  A +

İngiltərə Superkubokunun yeni qalibi müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Mançester Siti" və "Çelsi" klubları üz-üzə gəlib.

Son İngiltərə çempionu "Mançester Siti" və ölkə kubokunun qalibi "Çelsi"nin oyununa böyük maraq var idi.

Fasiləyə 1:0 hesabı ilə yollanan "Çelsi" ikinci hissədə üstünlüyünü əldən verib. 12 dəqiqə ərzində 3 qol vuran "Mançester Siti" oyundan 3:2 hesablı qələbə ilə ayrılıb. Bununla da, "Mançester Siti" İngiltərə superkubokunun yeni qalibi olub. 

 

 

12 avqust

İngiltərə Superkubokunun oyunu

"Çelsi" - "Mançester Siti" - 2:3
Qollar:
Torres, 40 (1:0), Ture, 53 (1:1), Tevez, 59 (1:2), Nəsri, 65 (1:3), Bertrand, 80 (2:3)

Daha çox


Son xəbərlər