Edin Nureddinoski: “Bakını bu dərəcədə gözəl təsəvvür etmirdim”

Edin Nureddinoski: “Bakını bu dərəcədə gözəl təsəvvür etmirdim”
MÜSAHİBƏ 11 Avqust 2012 / 15:00 3216
-  A +

“Bakı”nın makedoniyalı qapıçısı Edin Nureddinoski Qol.Az-a müsahibə verib.


- “Bakı”nın heyətində ilk oyununa çıxdın. Təəssüratların necədir?

- İlk oyunlar həmişə çətin olur. Rəqib də yaxşı oynadı. Düzdür, qalib gəlməliydik, amma alınmadı. Eybi yox, növbəti oyunlarda bunun əvəzini çıxarıq. Hələ çempionat yeni başlayıb və inanıram ki, get-gedə hər şey daha yaxşı olacaq.

- Hər hansı bir çətinlik hiss etmədin ki? Kollektivə uyğunlaşmanı nəzərdə tuturam.

- Düzdür, komandaya gec qoşuldum və buna görə də təlim-məşq toplanışlarında iştirak edə bilmədim. Bununla belə, düşünürəm ki, uyğunlaşma prosesi  normaldı. Yenə deyirəm, komanda oyunda-oyuna daha yaxşı çıxış edəcək.

- “Simurq”la oyunda qələbə qazanmaq üçün nə çatmadı?

- İmkanlarımız oldu, sadəcə, istifadə edə bilmədik. Mən burada meydança amilini də qeyd edərdim. Çünki süni meydançada tam istədiyin, keyfiyyətli oyunu oynaya bilmirsən. Məncə, bu amil də futbolçularımıza daha yaxşı oynamağa mane oldu.

- Azərbaycan, Bakı haqqında təəssüratların necədir?

- Çox gözəl, çox mehriban bir ölkədir. Açığı Bakını bu dərəcədə gözəl təsəvvür etmirdim. Deyərdim ki, artıq buraya uyğunlaşmışam. “Bakı” da gözəl komandadır, gözəl kollektivi var.  Özümə yeni dostlar da tapmışam.

- Yəqin ki müsəlmansan...

- Bəli, müsəlmanam.

- O zaman İslam qaydalarına da əməl etməlisən. Məsələn, oruc tutursan?

- Oruc tutmağı çox istərdim, amma məşqlər, oyunlar olduğu üçün alınmır. Ancaq bir müsəlman kimi İslam qaydalarına əməl edirəm. İçki, ümumiyyətlə, içmirəm.

- Böyük ehtimalla müsəlman olduğundan müsəlman ölkəsi olan Azərbaycana uyğunlaşmaq da elə problem olmaz...

- Əlbəttdə, Azərbaycanın müsəlman ölkəsi olması mənim işimi daha da yüngülləşdirir. Dediyim kimi, artıq buraya uyğunlaşıram. Müsəlman mentalitet bu mənada çox köməyimə çatır.


Anar XANLAROV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu