“Qarabağ”ın kapitanı Rəşad Sadıqov bu gün “Neftçi”yə qarşı keçiriləcək Premyer Liqanın oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Əvvəlcə “Neftçi”lə baş tutacaq matç haqda fikirlərini öyrənmək istərdik.
- Maraqlı bir oyun olacaq. Rəqibimiz Çempionlar Liqasının “Hapoel”lə təkrar qarşılaşmada yaxşı çıxış nümayiş etdirdi. Bilirik ki, bizi qarşıda çox çətin görüş gözləyir. Demək olar ki, “Neftçi” tam olaraq forma yığıb. Bizə gəldikdə, hələlik fiziki problemlərimiz var. Komanda fiziki cəhətdən tam formaya düşmək üçün gərək 3-4 görüş keçirsin. İstər-istəməz bu problemimiz “Neftçi”lə oyunda özünü göstərəcək. Lakin inanırıq ki, istədiyimiz nəticəni əldə edə biləcəyik.
- Necə düşünürsən, “Neftçi”nin hazırkı durumu keçən ilkindən güclüdür?
- Ümumiyyətlə, “Neftçi” günü-gündən irəliləyir. Heyətləri daha da güclənib.
- “Neftçi”lə oyunda komandanızın qələbə qazanmaq şanslarını necə görürsən?
- Hər iki komanda qələbə uğrunda mübarizə aparacaq. Şanslar 50-50-yədir.
- Bir kapitan kimi yay transfer pəncərəsində heyətinizə qatdığınız yeni futbolçular barədə nə fikirləşirsən? Səncə, onlar komandadan gedənlərin yerini doldura biləcəklər?
- Necə olacağını zaman göstərəcək. Söhbət ondan gedir ki, gələn futbolçulardan istədiyimizi ala biləcəyik, ya yox. Əllbəttə, bu futbolçular komandaya xeyir vermələri üçün alınıb.
- Bu mövsüm klub rəhbərliyi qarşınıza hansı məqsədi qoyub?
- Ən əsas məqsədimiz Avroliqaya düşməkdir. Lakin imkan olarsa və işlərimiz fikirləşdiyimiz kimi gedərsə, çempionluq üçün də oynayacağıq. Bilirsiniz, “Qarabağ”da elə bil sonda nəsə çatışmır. “İnter”lə qarşılaşmada 1:0 hesabıyla irəlidə olan zaman 3-4 təkbətək epizodlardan yararlana bilmirik. Nəyə görəsə, top qapıya girmək istəmir. Bu azmış kimi, sonuncu dəqiqədə öz qapımıza qol vurub qələbəni əldən veririk. Komandamız belə uğursuzluqlarla üzləşir. Ələ düşən real imkanlarını dəyərləndirməmək bir yana, qapımıza da çox qəribə qollar vurulur. Müxtəlif komandalar var ki, olmayan yerdən qollar vurur, gözləmədiyi halda xallar qazanır. Lakin bizdə belə hallar çox nadir hallarda olur.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı