Yunis Hüseynov narazı qaldı

Yunis Hüseynov narazı qaldı
GÜNDƏM 10 Avqust 2012 / 21:56 2531
-  A +

“Bu gün 4:0 hesabıyla qələbə qazanmağımıza baxmayaraq komandamın oyunu o qədər də xoşuma gəlmədi. Bəzi səhvlər var və onun üzərində işləyəcəyik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov "Kəpəz"lə oyundan sonra (4:0) deyib.

Y.Hüseynov bu oyunda gənc futbolçuların da özlərini yaxşı tərəfdən göstərdiyini bildirib: "Premyer Liqanın ilk oyununda da qələbə qazanmaq üçün meydana çıxmışdıq. Ancaq müəyyən səhvlərə görə buna nail ola bilmədik. Bu gün isə qalib gəldik. Gənc futbolçulara şans verdim. Onlar da özlərini yaxşı tərəfdən göstərə bildilər”.

Daha çox


Son xəbərlər