"Neftçi"nin bəxtinə APOEL düşdü (YENİLƏNİB)

"Neftçi"nin bəxtinə APOEL düşdü (YENİLƏNİB)
GÜNDƏM 10 Avqust 2012 / 16:49 13674
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının "play-off" mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 16:30-da başlayan püşkatma zamanı təmsilçimiz "Neftçi" klubunun rəqibinin kimliyinə aydınlıq gəlib.

Son Azərbaycan çempionunun potensial rəqibləri arasında İngiltərənin "Liverpul", İtaliyanın "İnter" və Fransanın "Marsel" kimi klubları var idi.

Artıq "Neftçi"nin Avroliqanın "play-off" mərhələsindəki rəqibi müəyyənləşib. son Azərbaycan çempionu Kiprin "Apoel" klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 23-də səfərdə, cavab matçı avqustun 30-u Bakıda olacaq. 

Daha çox


Son xəbərlər