“Rəvan” klubunun kapitanı Miloş Zaçeviçin Qol.Az saytına müsahibəsi
- İlk öncə yeni mövsümün açılış matçında doğma meydanda “Xəzər Lənkəran”la 1:1 hesablı bərabərə qaldığınız görüşdən başlayaq...
- Bu qarşılaşmaya komanda olaraq, çox yaxşı köklənmişdik. Fikrimcə, “Rəvan” pis oyun nümayiş etdirmədi. Uşaqlar sona qədər mübarizə apardılar. İlk qolu da biz vurduq və birinci hissəni öz xeyrimizə başa vurduq. Sadəcə, bəzi epizodlarda dəqiq ola bilmədik.
- Birinci hissədə erkən qol vursanız da, hesabdakı üstünlüyünüzü sona qədər qoruya bilmədiniz. Bunun səbəbini nədə görürsən?
- Qol vurduqdan sonra daha iki real qol imkanımız oldu. Lakin bundan istifadə edə bilmədik. Rəqibin vurduğu qola gəlincə, bu, bizim kobud səhvimiz nəticəsində oldu. Özü də standart vəziyyət zamanı qol buraxdıq. Bu, məni çox təəssüffləndirdi.
- Səncə, qələbə qazanmaq üçün “Rəvan”a nə çatmadı?
- Birincisi, rəqibimiz çox səviyyəli komandadır və heyətində kifayət qədər güclü futbolçular çıxış edir. İkincisi, mənə görə, qələbə qazanmağımız üçün bir az da bəxtimiz gətirmədi.
- Ümumiyyətlə, rəhbərlik bu mövsüm qarşınıza hansı məqsədi qoyub?
- İlk “altılğ”a düşmək uğrunda mübarizə aparacağıq. Artıq 4 ildi ki, “Rəvan”da çıxış edirəm (Zeçeviç “Muğan”ı “Rəvan”dan ayri saymır – Ə.H.). İldən-ilə komandamızda irəliləyiş olduğu göz önündədir. Xüsusən də, hazırda komandanın çox tanınmış türkiyəli mütəxəssis Cavad Gülər kimi məşqçisi var. Onun təcrübəsi bizə bu yolda çox yardımçı olacaq.
- Necə düşünürsən, “Rəvan”ın avrokuboklara vəsiqə qazanmaq potensialı var?
- Bunun öhdəsindən gələ biləcəyik. Çünki çox gözəl bir heyət qurmuşuq. Oyundan-oyuna hər şey daha mükəmməl olacaq.
- Növbəti turda AZAL-ın qonağı olacaqsınız. Bu qarşılaşmada qələbə şanslarınızı necə dəyərləndirirsən?
- Rəqibin “Sumqayıt”la oyununa baxmışıq. Çox yaxşı təsir bağışladılar. Hesabda geri olsalar da, onu bərabərləşdirməyi bacardılar. Hətta bir necə qol imkanlarını da, boşa verdilər. Lakin biz AZAL-la qarşılaşmada mütləq qələbə qazanmalıyıq. Bu, bizim üçün çox vacibdir və bunun üçün əlimizdən gələni etməliyik.
Əli HƏYATİ
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər