“Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyevin Qol.Az saytına müsahibəsi
- Bu gün komandanız yeni mövsümə start verir. Komandanızda son durum necədir?
- Klub rəhbərliyi komandamızın çempionata yaxşı hazırlaşması üçün hər cür şərait yaradıb. “Rəvan” üç mərhələdən ibarət hazırlıq keçdi. Həmçinin, yeni baş məşqçi və onun istədiyi mövqelərə bəyəndiyi futbolçuları transfer etdik. Onların nə dərəcədə xeyir verəcəklərini qarşıdakı oyunlar göstərəcək.
- “Rəvan”ın bu mövsüm üçün hədəfləri nədən ibarət olacaq?
- Avroliqaya vəsiqə qazanmaq üçün oynayacağıq. Bunun üçün “ilk altılığ”a düşməliyik. Bu işin öhdəsindən gəldikdən sonra yüksək yerlər uğrunda mübarizə aparacağıq.
- Bu gün azarkeş dəstəyi baxımından problemi olan klublarımızdan biri də “Rəvan”dır. Azarkeşlərin stadiona gətirilməsi üçün hansısa işlər görülürmü?
- Bəli, deyərdim ki, azarkeş problemi təkcə bizim yox, digər bir neçə komandamızın da yaralı yeridir. Bizdə sırf bu məsələylə məşğul olan insanlar var. Onlar təbliğat işləri görürlər ki, azarkeşləri stadiona cəlb etsin. Bundan başqa, əgər komandamız uğurlu çıxış etdikdən sonra azarkeşlər özləri gəlib bizə dəstək olacaqlar.
- Gələcəkdə “Rəvan”ın rayonlarımızdan birini təmsil etməsi mümkündür?
- Biz hazırda Suraxanı rayonu ərazisində Dövlət Neft Şirkətinə məxsus ərazini icarəyə götürmüşük. Otada komandamız üçün baza və stadion tikməyi planlaşdırırq. Hansı komanda olur-olsun, onu mütləq infrastrukturu olmalıdır. Biz paytaxtı təmsil etdiyimizdən gələcək planlarımız da məhz Bakı şəhəriylə bağlıdır. Bu mənada, əyalətə köçmək fikrimiz yoxdur.
- Bu yaxınlarda komandanızın adının dəyişdirilərək “Rəvan Mərdəkan” adlandırılacağıyla bağlı məlumatlar yayıldı. Bu məsələ nə yerdə qalıb?
- Bəli, elə bir fikrimiz vardı. Biz “Dalğa Arena”nı uzun müddətli icarəyə götürmək istəyirdik. Əgər həmin planı həyata keçirsəydik, komandanın adını dəyişdirmək istəyirdik. Ancaq sonradan planlarımız dəyişdiyindən bu fikirdən daşındıq. Yəni artıq “Rəvan” “Rəvan Mərdəkan” adlanmayacaq.
Şükür CAVAD
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı