AZAL-ın baş məşqçisi Vaqif Sadıqov dünən “Sumqayıt”a qarşı keçirilən Premyer Liqanın ilk turunun oyunundan (2:2) sonra Qol.Az-a müsahibə verib
- Matçı ehtiyat oyunçular skamyasından yox, tribunadan izlədiniz. Bu cəza ilə bağlı idi?
- Bəli, keçən mövsümün sonlarında cəzalanmışdım və buna görə, oyunu tribunadan izləməli oldum.
- Artıq cəza müddəti başa çatdı?
- Hə.
- Komandanı tribunadan idarə etmək nə dərəcədə çətin idi?
- İstər-istəməz çətin idi, amma mən bilirdim ki, köməkçim Şakir Qəribov işinin öhdəsindən gələcək. Lazım olan dəyişiklikləri də etdik, hesabda geri düşməyimizə baxmayaraq, bərabərlik qolunu da vurduq, ümumiyyətlə, komanda pis pis təsir bağışlamadı. Ancaq onu deməliyəm ki, böyük məqsədlər uğrunda mübarizə aparan komanda müdafiədə belə səhvlər etməməlidir. Bundan, başqa, səviyyəli hücumçularımız var, xeyli qol epizodu yaradırıq, amma bunlardan istifadə edə bilmirik. Bunlardan da istifadə etməsək, qələbə qazana bilməyəcəyik. Ümumiyyətlə, mənim komandamın iki top buraxması faciədir. Odur ki, müdafiəni təhlil etməli və dəyişikliklərə əl atmalıyıq. Bu bir tərəfdən də müdafiə xəttində yer alan futbolçuların bir-birini yaxşı tanımamasıdır. Məsələn, Xuan Martines və Junior Alton çempionatın startına 1 həftə qalmış komandaya qoşulublar və cəmi bir yoxlama görüşündə forma geyiniblər. Ancaq inanıram ki, oyundan-oyuna daha da artırıb lazım olan nəticələri qazana biləcəyik.
- Sizcə, müdafiəçiləriniz daha çox mövqe səhvinə yol verdilər, yoxsa texniki səhvlərə?
- İlk növbədə mövqe səhvlərinə. Bu səviyyədə olan futbolçular mövqe səhvlərinə yol verməməlidir. Bu arada bir haşiyə də çıxım ki, mən ümumiyətlə, oyun intizamını pozan futbolçuları xoşlamıram. Son dəqiqədə künc zərbəsi vururuq və zərbəni başqa futbolçu yerinə yetirməli olduğu halda, bir başqa oyunçu topa yaxınlaşır. Nəticədə oyun quruluşunu dəyişməklə şansı əldən buraxmalı olduq. Bununla bağlı artıq futbolçulara öz narazılığımı çatdırmışa. Əgər yüksək nəticələr qazanmaq istəyiriksə, hər kəs ona tapşırılan vəzifəni düzgün icra etməlidir. Ümumi götürəndə komanda pis təsir bağışlamır, topla yaxşı davranırıq. Lakin dediyim kimi, qol epizodlarını çox boşa veririk.
- Sizcə, AZAL bu oyunda 1 xal qazandı, yoxsa 2 xal itirdi?
- Mən hesab edirəm ki, biz 2 xal itirdik.
- Amma hesabda geri düşmüşdünüz...
- Nə olsun? Hesabda 1:0 öndə 3-4 yüz faizlik qol imkanını boşa verdik.
- AZAL bu mövsümkü hədəfi nədir?
- Biz hədəfimizi açıqlamışıq. Minimum ilk “altılığ”a düşmək, maksimum Azərbaycanı Avropa Liqasında təmsil etmək.
Anar XANLAROV
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır