Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Qol.Az saytına müsahibəsində “Neftçi”nin Çempionlar Liqasında İsrail “Hapoel”inə qarşı oyundakı 0:4 hesablı məğlubiyyəti haqda danışıb
- “Neftçi”nin biabırçı məğlubiyyətinin səbəbini nədə görürsünüz?
- İsrail təmsilçisi rəqibini təzyiq altında saxladı, ona görə də komandamız müdafiədə çox kobud səhvlər buraxdı. Həmçinin də, mövqe səhvləri az olmadı. Oyundan öncə “Neftçi”nin orta xətti hesabına nəyəsə nail olacağını düşünürdüm. Çünki “Neftçi”də orta xətt çox güclüdür. Lakin heyf ki, onlar da komandaya kömək edə bilmədi.
- “Neftçi” oyuna çox sönük başladı. Sanki onlar gözləyir ki, rəqib oyun tempini aşağı salacaq.
- Məncə, bu, isti hava şəraitinə uyğun seçilmiş taktika idi. Görünür, məşqçilərimiz bunu etməklə nəyəsə nail olacağını düşünürdü. Yəni, sürətli əks-hücumlara bel bağlamışdılar. Həmin anda pressinq etməyimizin yeri yox idi. Çünki havanın isti olması buna imkan verməyəcəkdi. “Neftçi” 90 dəqiqə pressinq etmək fikrində deyildi. Sadəcə, komandada bir qədər rahatlıq vardı. Eyni zamanda futbolçularımızın fərdi səhvləri çox oldu. Belə bir sistemdə arxa xəttdə belə kobud səhvlər buraxmaq yolverilməz idi.
- “Neftçi” transfer etdiyi legionerlər də xoş təsir bağışlamadı. Siz necə düşünürsünüz?
- Bir oyuna görə kimisə qaldırıb göylərə qoymaq və ya yerə vurmaq olmaz. Ümumiyyətlə, futbolçunun yaxşı olub-olmamasını beş oyundan sonra bilmək olur. Ola bilər, nəsə olub ki, legionerlər özlərini yaxşı tərəfdən göstərə bilməyiblər, ola da bilər ki, heç nə olmayıb, elə qablarındakı budur. Sualınıza dəqiq cavab vermək üçün bir az da gözləmək lazımdır.
- Dünənki görüşdə komandamızda istək yox idi. Ümumiyyətlə, “Neftçi”də xarakter görə bilmədik.
- Nəticə göz önündədir. İndi desəm ki, futbolçularımız xarakter nümayiş etdiriblər, yalan olar. Əgər komandamız 0:4 hesabıyla uduzubsa, xarakterdən söhbət gedə bilməz.
- Qapıçı Rauf Mehdiyevin çıxışlarda səhvə yol verməsi qolla nəticələndi. Bir epizodda isə qapıçını səhvindən sonra Mitreski topu boş qapıdan çıxardı.
- Qol olana qədər yaranan epizodları da nəzərə almaq lazımdır. Mən buraxılan qollarda qapıçıyla bərabər, müdafiəçiləri də günahkar hesab edirəm. Həmin qarşılaşmada futbolçularımız bir-birlərini lazımınca sığortalaya bilmədilər.
- Sizcə, “Neftçi” təkrar oyunda möcüzə gerçəkləşdirə bilərmi?
- “Neftçi”nin evdə İsrail təmsilçisini 5:0 və ya 6:1 hesabıyla məğlub edəcəyi real deyil. Amma futbolda hər bir nəticə ola bilər. Ona görə də, “Neftçi” hər şeyi unutmalıdır. Mərhələ keçə bilməyəcəyi təqdirdə belə “Neftçi”nin Avroliqada pley-off oyunu gözləyir. Komandanı çatışmazlıqları aradan qaldırıb növbəti görüşlərə ciddi hazırlaşmalıdır. “Hapoel”lə təkrar oyun gələcək qarşılaşmalar üçün hazırlıq görüşü olmalıdır.
Əli HƏYATİ
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi
Azərbaycan millisi Avstriyaya yollandı - Şəkillər
Peres: “Klublararası dünya çempionatı bizi məhv etdi”
"Turan-Tovuz" UEFA qərarına qarşı - Nə baş verir?
41 yaşlı Oçoa da mundiala gedir - Meksikanın heyəti
Çexlər DÇ-2026-ya bu heyətlə gedir