“Komandama inanıram və qarşıdakı oyundan ancaq qələbə gözləyirəm. Rəqibə hörmətlə yanaşırıq. Ancaq məqsədimiz dəyişmir. Oyuna hədsiz istək və aqresiya ilə çıxacağıq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Neftçi”ni qəbul edəcək İsrail çempionu “Hapoel”in (İroni Kiryat) baş məşqçisi Gili Landau bu gün oyun öncəsi keçirdiyi mətbuat konfransında deyib.
Landau “Neftçi”nin büdcəsinə də toxunub: “Sirr deyil ki, bizim elə də böyük büdcəmiz yoxdur və bu mənada imkanlı klublarla başabaş gələ bilmərik. Bilirik ki, “Neftçi” də imkanlı klubdur. Ancaq futbolda pul hər şeyi həll etmir və biz bunu sabah meydançada sübut etməyə çalışacağıq”.
İsrail çempionun baş məşqçisi Azərbaycan çempionu haqda yetərincə məlumatlı olduğunu da bildirib: “Azərbaycanlılar dörd yeni futbolçu ilə gücləniblər. Rəqibin istəyi və məqsədi də bizə məlumdur. Odur ki, ilk dəqiqələrdən oyuna nəzarəti ələ almağa və rəqibə diktə etməyə çalışacağıq. Bundan əvvəlki mərhələdə göstərdiyimiz oyunu ortaya qoymalıyıq. Futbolçularıma da başa salmışam ki, tarix yazmaq üçün bizim gözəl şansımız var. Əminəm ki, sabah tribunalar dolu olacaq və minlərlə azarkeş bizi dəstəkləyəcək”.
Qeyd edək ki, “Hapol”-“Neftçi” matçı sabah Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı
Oğul Ançelotti tanınmış kluba baş məşqçi təyin olundu
Ərəblərin də mundial üçün heyəti açıqlandı
İngiltərə Premyer Liqasının əfsanəsi karyerasını bitirdi
"Zirə"nin legioneri 6-8 ay oynamayacaq
“Araz-Naxçıvan” daha iki futbolçu ilə yeni müqavilə bağladı
"Liverpul"un yeni baş məşqçisi bilindi