XXX London Yay Olimpiya Oyunlarını izləyənlər arasında "Qəbələ" futbol klubunun prezidenti, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov da var. Avropada yaşayan azərbaycanlıların təşkilatmasında kifayət qədər fəal rol oynayan Heydərov həm də idmanı çox sevir. Təsadüfi deyil ki, o, London Olimpiadasında idmançılarımızın çıxışını ailəsi ilə birgə izləyir, təmsilçilərimizə sonadək dəstək göstərir. Olimpiya.az saytının Londona ezam olunmuş xüsusi müxbiri Tale Heydərovla elə yarış zalında görüşmək imkanı qazanıb. Heydərov müsahibəsində "Qəbələ" klubu ilə bağlı planlarından, eləcə də London Yay Olimpiya Oyunlarından danışıb.
- Bir neçə gündən sonra futbol üzrə növbəti Azərbaycan çempionatı start götürəcək. 2012/13 mövsümündə "Qəbələ"dən hansı nəticəni gözləyirsiniz?
- Bu mövsüm hədəfimiz çempion olmaqdır. Bununla bağlı xüsusi tapşırıq vermişəm. "Qəbələ" qarşıdakı çempionatda ən azı Avropa miqyaslı yarışlara vəsiqə qazanmalıdır. Bilirik ki, bizim üçün çempionat çətin keçəcək. Çünki "Xəzər Lənkəran", "İnter", "Qarabağ", "Neftçi" də medallar, avrokuboklara vəsiqə uğrunda mübarizə aparacaqlar. Ancaq bu il biz də iddialıyıq. Artıq Avropaya vəsiqə qazanmağın vaxtı çatıb.
- "Qəbələ" infrastruktura da böyük yer ayırıb. Stadionda yenidənqurma işləri aparılır, akademiya fəaliyyət göstərir. Başqa hansı planlar nəzərdə tutulub?
- Həqiqətən də biz bu işlərə böyük önəm veririk. "Qəbələ" klubu üçün xüsusilə uşaq, yeniyetmə futbolunun inkişafı prioritet təşkil edir. Təsadüfi deyil ki, bu yaxınlarda “Barselona”nın futbol məktəbinin texniki direktoru Luis Araqonla əməkdaşlığa başlamışıq. Bundan başqa, Qəbələdə 15 yaşlılardan ibarət komandalar arasında yüksək səviyyəli beynəlxalq turnir təşkil edilib. Hazırda əsas stadionuda yenidənqurma işləri gedir. Orada ot örtüyü ideal vəziyyətdədir. Ona görə ki, bu məsələdə mütəxəssislərə müraciət etmişik və onlar ciddi işləyiblər. Ümumiyyətlə, biz planlı şəkildə çalışırıq. "Qəbələ"də plansız heç nə yoxdur. Əsas stadion hazır olanda, orada tam fərqli aura görəcəksiniz.
- Ötən mövsümün ortalarında komandanın baş məşqçisi, məşhur Toni Adamsı yola saldınız. İngilis çalışdırıcı ilə yolları ayırmağınızın əsl səbəbi nə idi?
- Toni Adamsı "Qələbə"yə gətirmək mənim təşəbbüsüm olub. Hələ onu baş məşqçi postuna dəvət etməmişdən öncə bilirdim ki, məşqçi kimi onun nailiyyətləri yoxdur. Doğrudur, futbolçu kimi, Adams dahi olub. Əlbəttə, "Qəbələ" adınn, markasının tanınmasında Toni Adams böyük rol oynadı. O da istəyirdu ki, komanda uğurlu çıxış etsin. Ancaq bizdə tez bir zamanda nəyisə qazanıb, sonra özümüzü yandırmaq fikri yoxdur. Fikrimiz mərhələli şəkildə uğur qazanmaqdır. Toni Adamsla normal şəkildə, anlayışla ayrıldıq. Hesab edirəm ki, Azərbaycanda hər hansısa klubu Avropa səviyyəsinə çatdırmaq üçün güclü xarici məşqçi lazımdır.
- İş qrafikinizin sıx olduğunu bilirik. Təbii ki, "Qəbələ" ilə bağlı işlərinizdə rəhbərliyində yer alanlar yaxından kömək olmalıdırlar. Yeri gəlmişkən, bu günlərdə kluba yeni idman direktoru təyin edildi. Ümumiyyətlə, "Qəbələ"nin funksionerlərindən razısınızımı?
- Mən klubu idarə edənlərdən razıyam. Onlar öz işlərinin öhdəsindən gəlirlər. Mən mütəmadi olaraq, onlara tapşırıqlarımı, tövsiyələrimi verirəm. Çox yaxşı anlayıram ki, klub idarəçiliyində "qara işlər"ə yol vermək olmaz. "Qəbələ"də "qara işlər" olarsa, həmin şəxslər mütləq cəzalandırılacaq.
- Azərbaycan futbolunun bugünkü durumu sizi qane edirmi?
- Biz çalışmalıyıq ki, daxili çempionatımıza marağı gücləndirək. Elə etməliyik ki, azarkeşlər stadiona gəlsinlər. Bu gün regionlarda stadiona təşrif buyuran futbol həvəskarlarının sayı qənaətbəşxdir. Amma paytaxtda hətta mərkəzi görüşdə belə tribunalarda 200-300-dən çox azarkeş olmur. Əlbəttə, bu məsələdə azarkeşlərdən çox, klublar iş görməlidirlər. Strategiya elə qurulmalıdır ki, fanatları stadionlara cəlb etmək mümkün olsun. Bu gün İngiltərənin aşağı - 3-4-cü divizionlarının oyunlarında da stadionlar ağzına qədər dolu olur. Azarkeşlərin stadionlara cəlb edilməsi yönündə "Qəbələ" klubu tərəfindən də işlər aparılır. Əsas stadionumuz hazır olduqdan sonra komandamızın ev oyunlarında daha çox azarkeş görəcəksiniz.
- "Qəbələ"nin gələcəyini necə görürsünüz?
- Biz bu işə başlayanda da məqsəd o idi ki, bir neçə il sonranın komandasını yaradaq. Mənim istəyim, arzum odur ki, "Qəbələ" 5-10 ildən sonra "Barselona" kimi oynasın. Nailiyyət əldə etmək üçün uşaq, yeniyetmə futboluna diqqət artırmaq lazımdır. Niyə azərbaycanlı uşaqlar ingilislər, ispanlar kimi oynamasınlar? Onlar da bizim kimi insandır. Praktiki cəhətdən onlar kimi oynamaq mümkündür. Sadəcə, işləri düzgün istiqamətdə aparmaq vacibdir. Klub funksionerləri qarşıya qoyulan məqsədə çatmaq üçün var-qüvvələrini səfərbər etməlidirlər. Bizdə tez-tez belə hal olur: klubun prezidenti istəyir ki, komandası tez bir zamanda çempion olsun, Avropada 1-2 mərhələ oynasın. Amma iş bununla bitmir. Xatırlayırsınzsa, Azərbaycan futbolunda "Şəmkir", "Kəpəz" neçə dəfə çempion oldular, Avropada da çıxış etdilər. İndi onların taleyi necədir? Hər bir klub bu günün yox, bir neçə il sonranın planına uyğun işləməlidir. Ona görə deyirəm ki, məqsədimiz Qəbələdə "Barselona" kimi klub yaratmaqdır və bunun üçün də çalışırıq.
- London Yay Olimpiya Oyunlarının gedişini maraqla izləyirsiniz. Ümumiyyətlə, futboldan başqa hansı idman növünün azarkeşisiniz?
- Güləş və ağırlıqqaldırma növlərinin azarkeşiyəm. Sizinlə birlikdə ağır atletika üzrə 56 kq çəki dərəcəsində yarışları izlədik və idmançımız Valentin Xristovun uğurunu izlədik. Şübhəsiz ki, hamımız bu medalın davamının gələcəyinə inanırıq.
- Atanız Kəmaləddin Heydərov Taekvondo və Boks Federasiyalarının prezidentidir. Bəs bu idman növlərinə azarkeşlik etmirsiniz?
- Bu növləri də izləmək xoşuma gəlir. Xüsusilə boks yarışlarını. Əlbəttə, London Olimpiadasında bu idman növlərindən də medallar gözləyirik. Hələ bir neçə gün Londonda olacağam. Yəqin ki, sizinlə birlikdə yarışların gedişini izləyəcək, uğurlarımıza birgə sevinəcəyik.
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı
"Real"da ciddi itkilər var
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Sumqayıt" hücumçu transfer etdi
Millimiz Rusiya, Özbəkistan və Belarusla eyni turnirdə
Levandovski qərarını verdi
"Liverpul" üçün şok: O da zədələndi
Postekoqlu od püskürdü
Tomas Tuhel daha 2 il İngiltərə millisində - Rəsmi
"Turan Tovuz" Berdıyev üçün apellyasiya şikayəti edəcək
Şahruddinə görə 12 xalları silindi
AFFA rəhbərliyi UEFA-nın Konqresində
"Neftçi"ni dirildən adam
Şəhriyar Məmmədyarovdan heç-heçə, Nicat Abasov uduzdu
“Qarabağ” – “Nyukasl”: Biletlərin qiymətləri
Ədilxan çempion olduğu komandaya qayıtdı
"Qalatasaray"dan "Rams Park" bombası
Kapitanı "Liverpul"a 3 xal qazandırdı - Video
Eyni epizod, fərqli qərar: Bəhlula əfv, Elvinə cəza! - Video
"Poqbadan daha artığını gözləyirdik, amma reallıq budur"
"Sabah"dan ayrılan hücumçu bu kluba keçdi
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər