Yeni mövsüm öncəsi paytaxtın "Bakı" klubu daha bir transfer gerçəkləşdirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 28 yaşlı argentinalı yarımmüdafiəçi Leandro Rodrigo Beçerra ilə 1 illik (1+1) müqavilə imzalanıb.
Klubun yeni üzvü statusunu qazanan "Çuço" ləqəbli futbolçu 1984-cü ilin 26 yanvar günündə Kordobada (Argentina) anadan olub. 2005-ci ildə peşəkar futbolda ilk qədəmlərini atan Beçerra Meksikanın Merida klubunda çıxış edib. 2006-cı ildə ABŞ-ın "DC United" klubna transfer olunub.
Beçerra növbəti 5 il ərzində Argentina klublarının şərəfini qoruyub. Atletico Rafaelo (2006-07), Tiro Federal (2007-08), Belgrano de Cordoba (2008-09), San Martín de San Juan (2009-10), Atlético Tucumán (2010-11) klublarının şərəfini qoruyan futbolçu 2011-ci ildə Avropaya üz tutub. Beçerra Yunanıstan yüksək liqa təmsilçisi "PAS Ciannina"nın (PAS Giannina) heyətinə dəvət olunub.
Hücumameylli yarımmüdafiəçi əsasən meydanın sol cinahında inamlı təsir bağışlayır. Boyu 175 sm, çəkisi 69 kq-dır. Son mövsüm "PAS Ciannina"nın heyətində Yunanıstan yüksək liqasında çıxış edən Beçerra 7 qola imza atıb.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq