Andrey Şevçenko karyerasını bitirdi

Andrey Şevçenko karyerasını bitirdi
GÜNDƏM 28 İyul 2012 / 02:55 2634
-  A +

Ukrayna millisinin əfsanəvi futbolçusu Andrey Şevçenko karyerasını başa vurub.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Şevçenko bu barədə qərarını “Dinamo” Kiyev – “Qoverla” matçından sonra açıqlayıb:

“Son vaxtlar mənim “Dinamo” ilə müqavilə bağlayacağım, yaxud da xaricdə çıxış edəcəyim haqda xəbərlər yayılmışdı. İndi əminliklə deyə bilərəm ki, mən karyeramı bitirməyi qərara aldım. Bundan sonra siyasətlə məşğul olacağam. Sabah hər şeyi ətraflı şəkildə öyrənəcəksiniz".
 

Daha çox


Son xəbərlər