“Barselona”nın futbolçusundan səmimi etiraf: “Top həqiqətən də əlimə dəymişdi”

“Barselona”nın futbolçusundan səmimi etiraf: “Top həqiqətən də əlimə dəymişdi”
DÜNYA FUTBOLU 7 May 2009 / 15:14 2957
-  A +

Dünən Çempionlar Liqasının ½ final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən “Çelsi” - “Barselona” oyununda hakimin qəbul etdiyi qərarlar hələ də müzakirə mövzusudur. Əsas müzakirə obyekti isə matçın baş hakimi Tom Heninq Evrebin qəbul etdiyi qərarlardır. “Çelsi”nin futbolçuları mübarizəni dayandırdıqlarına görə referini ittiham etdikləri bir anda “Barselona”nın müdafiəçisi Pikenin açıqlaması vəziyyəti daha da gərginləşdirib. Qol.Az-ın “Sporting life”a istinadən verdiyi məlumata görə, İspaniya milli komandasının və “Barselona”nın müdafiəçisi Xerard Pike etiraf edib ki, top həqiqətən də onun əlinə dəymişdi və həmin epizodda hakim penalti qərarı verə bilərdi: “Səmimi etiraf edirəm, top əlimə dəymişdi. Amma mən ona toxunmaq istəmirdim. Bununla belə, düşünürəm ki, hakim meydanda istədiyi qərarı qəbul edə bilər. O həmin epizodda penalti təyin etmədi və biz hakimin bu qərarına hörmətlə yanaşmalıyıq”.

Son xəbərlər
21.12.24  17:52

Tovuzda heç-heçə

21.12.24  13:57

Sane qərarını verdi