“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov Avropa Liqasının ikinci təsnifat mərhələsində Polşa “Lex”inə qarşı keçiriləcək oyun ərəfəsində Qol.Az saytının suallarını cavablandırıb
- Poznanda komandanız rəqibin güclü azarkeş dəstəyi altında oynayacaq. Bu, futbolçularınızın psixoloji durumuna təsir edə bilərmi?
- Təkrar matça çox ciddi hazırlaşırıq. Orada bizi böyük bir ajiotaj gözlədiyini yaxşı başa düşürük. Lakin unutmayın ki, “Xəzər Lənkəran” da hər zaman böyük bir kütlə, 15 min azarkeş qarşısında oynayır. Ona görə də bu ajiotajın futbolçularıma psixoloji təsir edəcəyini düşünmürəm.
- Evdəki oyun 1:1 hesabıyla başa çatdığında demək olarmı ki, təkrar oyunda ilk dəqiqələrdən hücum futbolu nümayiş etdirəcəksiniz?
- Əlbəttə ki, ilk növbədə qol vurmaq haqda düşünürük. Çalışacağıq ki, bunu elə birinci hissədə reallaşdıraq. Ümid edirəm ki, futbolçularımız təkrar qarşılaşmada əsl xarakter göstərəcəklər.
- Ümumiyyətlə, şanslarınızı necə dəyərləndirirsiniz?
- Hər iki komandanın mərhələ adlamaq şansı var. Ona görə də şanslar 50-50-yədir.
- Sabahkı görüşdə qalib penaltilər seriyasında da müəyyənləşə bilər. Yəqin, bununla bağlı da müəyyən tədbirləriniz var.
- Biz penaltilər seriyasına da hazırıq. Artıq penaltiləri yerinə yetirəcək beş futbolçunu belə müəyyənləşdirmişəm.
- Futbolçularınızın durumu hazırda nə yerdədir?
- Heç bir problemimiz yoxdur. Hər şey öz qaydasındadır.
- Nədənsə, komandanıza yeni transferlərin gəlişi gecikir.
- Hələ heç bir futbolçunun transferini həll etməmişik. İstəyirik ki, gec olsun, güc olsun. Daha səviyyəlisini cəlb etmək istəyirik ki, komandaya qoşulduğu zaman köməklik edə bilsin.
- Siz millininn futbolçusu Mahir Şükürovu komandanızda görmək istəyirdiniz. Mahir artıq azad futbolçu statusuna malikdir. Bəs, niyə onun transferini həll etmirsiniz?
- Bəli, onu komandada görmək istəyirdim. Lakin bu məsələ hələ açıq qalıb. Tam olaraq bir qərara gəlməmişik.
Əli HƏYATİ
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!