Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində bu axşam səfərdə "Zestafoni"nin qonağı olacaq "Neftçi" klubunun müdafiəçisi İqor Mitreski oyunla bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, oyundan öncə jurnalistlərin suallarını cavablandıran makedoniyalı futbolçu rəqiblərinə hörmətlə yanaşdıqlarını bildirib:
"İlk oyunda 3:0 hesabı ilə qələbə qazanmağımıza baxmayaraq, rəqibimizə hörmətlı yanaşırıq. "Zestafoni" yaxşı kollektivə malikdir. İnanıram ki, onlar doğma meydanda bizə qarşı böyük həvəslə çıxış edəcəklər.
Azərbaycan futboluna gəldikdə isə son 2-3 ildə burada inkişaf hiss olunur. Bir sıra klubların heyətini gücləndirməsi, infrastrukturları bunu deməyə əsas verir. Bu baxımdan da Azərbaycan klubları Avrokuboklarda inamlı çıxış edir. İnanıram ki, bu axşam da növbəti mərhələyə adlayan tərəf biz olacağıq".
Qeyd edək ki, "Zestafoni" - "Neftçi" matçı bu axşam Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk görüş isə 3:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu