Avropa Liqasının II mərhələsində “Xəzər Lənkəran”ın rəqibi olan Polşanın “Lex” klubunun futbolçusu Mateusz Mozdren cavab oyunu öncəsi Polşa mətbuatına müsahibə verib.
Qol.Az həmin müsahibəni təqdim edir.
- Cavab oyununa hazırlıq necə gedir?
- Artıq dörd gündür ki, “Xəzər Lənkəran”la cavab matçının hazırlılarına start vermişik və hər şey qaydasındadır.
- İlk oyunu bir də yada sala bilərik?
- Bu haqda yetərincə danışmışıq. Gərgin oyun oldu və qalib aşkarlanmadı. İndi hər iki komandanı ikinci 90 dəqiqə gözləyir. Təbii, səfərdə qol vurmaq bizim üçün üstünlük sayıla bilər. Amma unutmayaq ki, eyni qolu rəqib də burda bizə vura bilər.
- Bəs, vurduğun qolu necə xatırlayırsan?
- “Xəzər Lənkəran” hesabı erkən açsa da, ruhdan düşmədik və bərabərlik qolu üçün irəli atıldıq. İlk 20 dəqiqənin tamamına kimi isə, buna nail olduq. O ki qaldı vurduğum qola, sol cinahdan ötürmə gəldi və rəqibin iki müdafiəçisi topu uzaqlaşdıra bilmədi. Belə olan halda mən də dəqiq zərbə ilə uzaq küncü nişan aldım.
- Cavab oyunundan nə gözləyirsən?
- Ancaq qələbə. Baxmayaraq ki, çətin olacaq. Çünki rəqib də Polşaya qələbə dalınca gəlir. Amma biz əlimizdən gələni edəcəyik ki, bu mərhələni keçək.
- Rəqibi hansı xüsusiyyətinə görə fərqləndirərdin?
- Sürətli futbolçuları var. Həm mərkəzdən, həm də cinahlardan yaxşı hücumlar təşkil etməyi bacarırlar. Ancaq mənə elə gəlir ki, “Xəzər Lənkəran”ın ən böyük üsyünlüyü standard vəziyyətdən yaxşı istifadə etməsidir.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər