"Növbəti mərhələdəki rəqibimizi analiz etmək asan olacaq. Lakin ilk öncə II təsnifat mərhələsində İsrail çempionu "İroni Kiryat" klubunu keçməliyik".
Qol.Az-ın məlumatına görə, bu sözləri Slovakiya mətbuatına açıqlamasında "Jilina" klubunun idman direktoru Karol Belanik deyib.
Çempionlar Liqasının III təsnifat mərhələsində "Neftçi" - "Zestafoni" cütünün qalibi ilə qarşılaşacaq "Jilina" rəsmisi potensial rəqibləri haqda bunları deyib:
"Artıq bu dəqiqdir ki, biz növbəti mərhələdə uzun səfərə çıxacağıq. Ancaq Gürcüstanla müqayisədə Azərbaycan bizə daha tanışdır. Bu ölkənin digər klubu "Bakı" ilə 7 il öncə qarşılaşmışdıq. Ancaq həmin vaxtdan bəri çox şey dəyişib. Mövsüm öncəsi komandaya 6 yeni futbolçu cəlb etmişik.
Onlar hələ öz sözünü deməyiblər. İnanıram ki, növbəti mərhələyə adlasaq, bu futbolçuların nəyə qadir olacağını görəcəyik. Düşünürəm ki, "Neftçi" ilk oyunda 3:0 hesabı ilə qələbə qazandığından Azərbaycan çempionu növbəti mərhələyə daha yaxındır. Lakin heç bir rəqibdən çəkinmirik. Sonadək mübarizə aparmaq əzmindəyik".
Qeyd edək ki, "Jilina" klubu "İroni Kiryat"la evdə keçirdiyi ilk görüşdə 1:0 hesabı ilə qələbə qazanıb. Cavab matçı isə iyulun 24-də İsraildə keçiriləcək.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər